18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Dövlət başçımız, xalqa zəfəri yaşadan Ali Baş Komandanİlham Əliyev öz çıxışlarında dönə-dönə ‘’Zəngəzur qədim Azərbaycan torpaqlarıdır! ’’ deyə söyləyib. Hətta prezidentNaxçıvanın tarixi haqqında da danışarkən deyib ki, “ Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 100 il bundan əvvəl Azərbaycanın tərkibindəmuxtariyyət statusu verilmişdir. Bu gözəl hadisə idi, tarixi hadisəidi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əksetdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımızaqarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəlitorpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistanavermişdilər.” Bəli, Dövlət başçısının bu çıxışları anti Azərbaycan fikirləriyürüdən bədxah qonşularımızda, bəzi dövlətlərdə rezonansyaradır. Lakin unutmaq lazım deyil ki, Zəngəzurun o vaxtkıəhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur bölgəsini Azərbaycandan qopardıb Ermənistana verilməsinəticəsində türk dünyası arasında olan coğrafi bağlar illərdir ki, pozulub. Türk dövlətlərinin yaranmasında, mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında bir çoxqədim türk toplumlarının rolu olub. Bu toplumlardan biri də, “ sanqi ” şəklində yazılan zəngilərdir. O zəngilər ki, Zəngəzur torpaqlarının əsl sahibləri olub. Zəngəzur- zəngi dərəsi, Zəngilərin ilk yaşadığı ərazilərdən biri olub. Bunu bütün tarixsübut edir. Ancaq ermənilərin çirkin xisləti,
Azərbaycan torpaqlarına olan nəfsi vətənimizdə əsrlər boyu günahsız qanlar tökməsi bir adət halına çevrilib. Qarabağımızın 30 il əsarətdə qalması ermənilərin bu az kimi digər torpaqlarımıza gözdikməsi, Tərtər, Bərdə, Gəncə kimi cinayətlər törətməsi Ali baş komandanı, xalqı, ordunu bir dəmir yumruğa çevrilməsinə məcbur etdi. 2020-ci il sentyabr ayının 27-də İlham Əliyevin əkshücum əmri nəticəsində 44 günün içində Qarabağ torpağıdüşmən tapdağından azad olundu. Xalq-iqtidar birliyi bizə zəfərin sevincini yaşatdı. Suverenliyimizin bərpa olunması Qərbi Azərbaycanlılarında nikbinlik hisslərini, ümidlərini artırdı. Prezidentimiz İlham Əliyev söyləyir “ Bizim işimiz haqq işidirvə bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, ŞərqiZəngəzuru azad etmək suverenliyi tam bərpa Azərbaycan xalqının iradəsi hesabına qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur”. Bəli, xalq öz xilaskarına inanır və güvənir. İlham Əliyevnəyi, nə vaxt edəcəyini çox yaxşı bilir. Biz inanırıq ki, gün gələcək Şərqi Zəngəzur kimi, Qərbi Zəngəzur da öz doğma sakinlərini ağuşuna alacaq.
Gün gələcək Qərbi Azərbaycanın yetirməsi olan erməni vandalizmi tərəfindən dağıdılmış Aşıq Ələsgərin abidəsi bərpa ediləcək. Torpaqlarımızda izi silinməkdə olan bütün tarixi abidələrimiz öz əvvəlki vəziyyətinə qaytarılacaq. Necə ki, Şərqi Zəngəzurumuzu, Qarabağımızı azad edib 20 sentyabrı Azərbaycan Respublikasının Suverenliyi günü və 8 noyabr Zəfər günü olaraq tariximizə yazdığımız kimi, Qərbi Zəngəzurada qovuşub o möhtəşəm günü həkk edərik. Əzizə AqamədovaSuraxanı rayonu, Abil Səfərov adına 114 nömrəlitam orta məktəbin ibtidai sinif müəllimi
Sozcu.info