Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Prezident İlham Əliyevin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli el sənətkarı, Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin abidəsinin açılışında çıxış edərək Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün böyük mənəvi dəyər kəsb etdiyini qeyd etmiş və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış etmişdir.
1918-ci ildə Ermənistan daşnak hökuməti bütün Göyçə əhalisinin qovulmasına və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf etmişdir.
Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin mühüm rolu olmuşdur və Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdır. Təəssüf ki, erməni vandalları tərəfindən milli sərvətimiz olan bu abidə də məhv edilmişdir.
Bu abidənin açılışı eyni zamanda strateji bir məna da daşıyırdı. Prezident İlham Əliyev, Aşıq Ələsgərin abidəsinin açılmasının milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirmişdir.
Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin inkişafında mühüm rol oynamışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmışdır və orda da bir neçə ildən sonra orada da 1926 ildə vəfat etmişdir.
İlham Əliyev abidənin açılışında etdiyi çıxış etdiyi zaman, Azərbaycan xalqını və xüsusilə də Qərbi azərbaycanlılarınhüquqlarını və mədəniyyətlərini qorumaq üçün birlik olmağa çağırıb və qeyd edib ki, nə qədər güclü olsaq o qədər də bizim səsimiz eşidiləcək. Azərbaycan ordusunun Qarabağda 19-20 sentyabr 2023-cü il tarixində keçirmiş lokal antiterror əməliyyatı zamanı biz bunu gördük və Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olundu və bununla yanaşı 20 sentyabr 2024 il tarixi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul olundu.
Bizim təqvimimizə kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri.
Cənab Prezidentin qeyd etdiyi kimi, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində də mərasim keçirəcəyik. Naida Cəlilova
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin tarix müəlimi
Sozcu.info