Tiflisdə ilk quru limanın təqdimatı olub


Tbilisidə ilk quru limanın təqdimatı olub. Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Davitaşvili Abu Dabi Limanlar Qrupunun nümayəndə heyətinə rəhbərlik edən BƏƏ-nin dövlət naziri Əhməd bin Əli Əl Sayeq ilə birlikdə Tbilisi Quru Limanı layihəsinin təqdimatında iştirak edib.

Belə ki, BƏƏ-nin dövlət naziri bu layihənin səhmlərinin 60%-nin sahibi və əsas tərəfdaşıdır. Gürcüstanlı nazir qeyd edib ki, layihə “Orta Dəhliz”in böyük potensiala malik olduğuna və düzgün inkişaf etdiyinə dair mühüm siqnaldır.

"Quru Tiflis Limanı" müasir intermodal logistika mərkəzidir - Batumi və Poti limanlarının davamıdır, onlara xidmət göstərir, limanları və logistika obyektlərini birləşdirir. O, bu ilin sonunda fəaliyyətə başlayacaq və “Gürcüstan, Türkiyə, Azərbaycan, Ermənistan və Qazaxıstanın dəniz və quru limanları şəbəkəsindən istifadə etməklə “Orta Dəhliz” vasitəsilə Qərbi Asiyanın istehsal mərkəzlərini Şərqi Avropanın istehlak bazarları ilə birləşdirəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti