Şimali Koreya ballistik raket atdı - Yaponiya hökumətinin təcili iclası keçirildi

Sozcu.info "Gazeta.ru" portalına istinadla xəbər verir ki, Yaponiyadan verilən bəyanata görə, Koreya Xalq Demokratik Respublikasının atdığı qitələrarası ballistik raket Yapon dənizindəki Hokkaydo adasının yaxınlığına düşüb. 
NHK portalının xəbərində bildirilir ki, bu barədə Yaponiyanın müdafiə naziri Qen Nakatani Nazirlər Kabinetinin Təhlükəsizlik Şurasının təcili iclasında məlumat verib. 
Nakatani deyib: "Şimali Koreyanın atdığı raket saat 8.37-də (Bakı vaxtı ilə 3.37-də) Hokkaydoda Okusiri adası rayonuna, müstəsna iqtisadi zonadan kənar əraziyə düşüb. Biz əhalinin həyatının və rifahının müdafiəsi üçün ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlıq edirik, məlumatların toplanması və analizi işini davam etdiririk, ayıq-sayıqlığımızı qoruyuruq".
Yaponiyanın Baş naziri Siqeru İsiba Yaponiya ərazisinə və əhalisinə zərər dəymədiyini bildirib. Cənubi Koreyanın da Müdafiə Nazirliyi raket sınağını izləyib. 
Raket atışı oktyabrın 31-nə keçən gecə həyata keçirilib. Yapoiya hökuməti Təhlükəsizlik Şurasının təcili iclasını keçirib, gəmilərin heyətinə raketin düşdüyü hesab edilən əraziyə yaxınlaşmamağı tapşırıb. 
Şimali Koreyanın rəhbəri Kim Çen bu yaxınlarda verdiyi açıqlamada ölkəsindəki bütün raketlərin bərk yanacaqlı mühərriklərlə təmin edildiyini bəyan etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti