27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Gürcüstan prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilini həbsdən azad edə bilməz. Sozcu.info xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Gürcüstan hökuməti başçısının sözlərinə görə, Zurabişvili Saakaşvilini əfv etsə belə, o, hələ də istintaq təcridxanasında qalacaq.“Bundan başqa, ona qarşı başqa işlər də var. Ona görə də Salome Zurabişvilinin Mixail Saakaşvilini əfv etməsinin praktiki əhəmiyyəti yoxdur”.
Xatırladaq ki, Salome Zurabişvilinin səlahiyyət müddəti ilin sonunda başa çatır.
Gürcüstan hakimiyyəti artıq bu il yeno prezidenti seçiləcəyini açıqlayıb.