23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Göz açdım gül üzün gördüm,
Gülünü sevdim Ana .
Sənlə keçən hər xoş günü
Zülümü sevdim , Ana !
Çırpındım quş kimi yayda,
Olmadı tanrıdan fayda,
Sənsiz gözümdəki çayda,
Selimi sevdim , Ana !
Mənəm - o qərib sərvətin,
" Dəcəl, sözə baxmaz yetim "
Desən gəlmə ,dayan-- çətin
Gəlimi sevdim, Ana !
Yaylaq, çadır , çətən orda
Yurd soyuyub, vətən ord,
Sən ordasan, Atam orda,
Yolunu sevdim, Ana!
Yoxdu daha istədiyim ,
Tamsızdı noğul, hədiyim.
Sən gedəli sevmədiyim,
Ölümü sevdim , Ana !
----//--//--///----------////-----
Sən gedəli...
Sən gedəli əziz Anam
Məni qohumlar çağırır .
Boş görünən ev - eşiyin,
Soyuyan divar çağırır .
Keçdikcə ayı - həftəsi,
Azalır kimi- kimsəsi.
Toz basan qapı cəftəsi,
Ot basan yollar çağırır !
Üzgün - üzgün üzülür can,
Heç olurmu sənə əyan ?
Hıçqırıqla haraylayan
Doğma balalar çağırır !
Sən idin gövhərim - ləlim ,
Varlığa gedən təməlim.
Qoynumdakı iki əlim
Gözümdə sular çağırır !
Bütün sevgilər soğulub,
Çağlayan dünyam dağılıb.
Üzümə qəhər yığılıb,
İçimi qubar çağırır !
Köz yox ocağın altında ,
Urvan duvağın altında.
Üzüm ayağın altında ,
Gəl , balan İlqar çağırır !
İlqar Yusubov
Xəzər Klinikasının baş həkimi