27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Dənəşqdəki səfirliyi öz işini davam etdirir, səfir Aleksandr Yefimov öz iş yerindədir. Həmçinin, Suriyada Rusiya hərbçiləri də qalıblar. Ötən həftə Rusiya Suriyada hakimiyyətə gəlmiş qüvvələrlə əlaqə qurub. Moskva ilə Dəməşq arasında konstruktuv danışıqlar gedir. Suriyada yeni hakimiyyətə gəlmiş qüvvələrin lideri Əbu Məhəmməd Əl Sulani yeni qitidarın Rusiya ilə münasibətlər quracağını və Rusiyanı düşmən kimi görmədiklərini bildirib: "Biz rusiyalılara Suriya xalqı ilə münasibətlərini yenidən nəzərdən keçirmək imkanı veririk." Onun sözlərinə görə, yeni Suriyada tezliklə sabitlik yaradılması və quruculuq işləri aparılacaq. Bundan əvvəl məlum olub ki, Moskva Dəməşqin yeni hakimiyyəti ilə Rusiyanın Suriya ərazisindəki iki hərbi bazasının əvvəlki statusunda saxlanılması imkanlarını müzakirə edir. Suriyanın yeni hakimiyyət orqanlarından müvəqqəti təhlükəsizlik zəmanətləri alınıb. Hələlik hərbçilər Suriyada qalır, bazalar adi qaydada işləyir. Rusiyanın Suriyanın liman şəhəri olan Tartusda və Lazkiyedə (Hmeymim aviabazası) bazaları var.