7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Sozcu.info xəbər verir ki, Səudiyyə Ərəbistanında leysanlar sellərə səbəb olub. Müqəddəs Məkkə və Mədinə də daxil olmaqla, ölkənin bir sıra şəhərləri güclü yağışlardan sonra suyun altında qalıblar. Küçələrdə sellər axır, yağış suları infrastruktura və yaşayış binalarına zərər vurub. Məkkədə iqlim təhlükəsinin qırmızı səviyyəsi elan olunub. Ölkənin paytaxtı Ər Riyad şəhərində, həmçinin Əsir və Cazan vilayətlərində narıncı təhlükə səviyyəsi elan edilib. Sakinlərə ehtiyatlı olmaq çağırışı edilib. Sinoptiklərin proqnozlarına görə, yağışlı hava şəraiti bir neçə gün də davam edəcək. Səudiyyə Ərəbistanının xilasetmə xidmətləri gücləndirilmiş rejimdə işləyirlər. Sosial şəbəkələrdə yayılan videolarda avtomobillər küçədən axan sularda üzür. Hürr Tərcüman