12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
20 Yanvar Azərbaycan xalqının yaddaşlarında qara hərflərlə yazılmış tarix. Artıq bu tarixdən 35 il ötür. Amma ötüb keçməsinə baxmayaraq ağrı acısı unudulmur.
Azərbaycanı istiqlala, suverenliyi aparan bu tarixin başlanğıcı 1988-ci ildə Azadlıq Meydanında qoyuldu. Bildiyimiz kimi 71 il mövcud olan Sovet imperiyası artıq öz dayaqlarını itirmək üzrə idi, yəni dağılırdı. Tərkibində olan 15 respublikalar kimi Azərbaycan da öz müstəqilliyini tələb edirdi.
SSRİ rəhbərliyi isə ittifaqın dağılmasını qəbul etmir və müxtəlif cinayətlərə əl atırdı. Belə qanlı cinayətlərdən biridə 20 yanvar 1990-cı ildə Azərbaycanda törədildi. SSRİ Daxili İşlər Nazirliyi, SSRİ Təhlükəsizlik və SSRİ Müdafiə Nazirliyinin qoşunları Bakıya və regionlara yeridildi. Qoca, uşaq demədən dinc, əli yalın əhaliyə divan tutuldu. Həbs olunanlar müxtəlif yerlərdə sovet həbsxanalarına göndərildilər. Bütün bu törənən hadisələr öncədən planlaşdırılmış oyun idi.
O dovrkü Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, zəif idarəçilik qabiliyyəti, hakimiyyətdə olan boşluqlar xalqımızın qanı bahasına başa gəldi.
Azərbaycanda baş verən hadisələr Ümummilli lider Heydər Əliyevə çox pis təsir edir. Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi qanlı hadisələri qanuna, demokratiyaya zidd bir hərəkət kimi qiymətləndirir. O sovet rəhbəri Qorbaçovu diktator adlandırır.
Bu qanlı hadisələrdən 35 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu hadisələri unutmur, hər zaman şəhidlərini ziyarət edir, dualar oxuyur.
Allah şəhidlərimizə rəhmət etsin! Ruhları qarşısında baş əyirik.
Arzu Məmmədova
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info