Çindən raket yanacağı daşıyan ilk tanker İrana çatıb


Raketlər üçün bərk yanacaq istehsalında istifadə edilən natrium perxlorat daşıyan iki gəmidən birincisi fevralın 13-də İran sahillərinə çatıb.

Məlumatı CNN gəmiçilik izləmə məlumatlarına istinadən yayıb.

Telekanalın məlumatına görə, Çinin istehsalı olan natrium perxlorat daşıyan “Golbon” gəmisi Bəndər Abbas limanında lövbər salıb. Avropa ölkəsindəki iki kəşfiyyat mənbəsinin bildirdiyinə görə, natrium perkloratla yüklənmiş “Golbon” üç həftə əvvəl Çinin Jiangsu əyalətindəki Taicang limanını tərk edib.

İranın ikinci gəmisi “Ceyran” hələ də Çindən yüklənib göndərilməyib. Ümumilikdə hər iki gəmi 1000 ton natrium perxlorat daşımalıdır. CNN mənbələrinin məlumatına görə, yük İranın ballistik raketlərinin inkişafı ilə əlaqəli olan Cihad Özünü Müdafiə Təşkilatının Satınalma Departamenti tərəfindən alınıb. İran Hərbi Dəniz Qüvvələrinin idarə etdiyi hər iki gəmi ABŞ sanksiyaları altındadır.

Kanalın kəşfiyyat mənbələri hesab edir ki, İranın əldə etdiyi materiallar 260 “Xaybar Şeka”n və ya 200 “Hajı Qasem” raketlərinin mühərriklərini yanacaqla təmin etmək üçün kifayət edəcək.

CNN-in mənbələri Çin hökumətinin sövdələşmədən xəbəri olub-olmadığını deyə bilməyib. Natrium perkloratın daşınması qeyri-qanuni deyil və Qərbin sanksiyalarını pozmur.

Çin Xarici İşlər Nazirliyi CNN-in sorğusuna cavab verib, məsələdən məlumatsız olduqlarını açıqlayıblar, lakin birtərəfli sanksiyalara və əsassız ittihamlara qarşı çıxıblar. Nazirlikdən qeyd edilib ki, Pekin beynəlxalq hüquqa və öz qanunlarına uyğun olaraq ikili təyinatlı mallar üzərində ixrac nəzarətini təmin edir:”Natrium perklorat Çində xüsusi nəzarət edilən bir məhsul deyil, onun ixracı normal ticarətdir”.



Oxşar Xəbərlər

Xəbər lenti