Türkiyədə Uçan Naməlum Obyekt göründü! Aeroport işini dayandırdı

Sozcu.info xəbər verir ki, Türkiyənin Qaziantep şəhərinin aeroportu səmada işıq saçan UNO barəsində məlumatla əlaqədar uçuşlara məhdudiyyət qoyib.
Bu barədə T24 qəzeti yazıb: "Pilotlar saat 22.00 radələrində Qaziantep hava limanı üzərində, təqribən 10 000 fut yüksəklikdə işıq saçan naməlum obyekt müşahidə ediblər və bu barədə hava hərəkətinin dispetçer xidmətinə məlumat veriblər. Obyekt radarlarda əks olunmasa da, iki nəfər pilot onunla bağlı rəsmi hesabat verib. Aeroport təyyarələrin gəlişini və gedişini dayandırıb.
İşıq mənbəyinin nədən ibarət olması hələ dəqiqləşdirilməyib. Naməlum obyektin təhlükə yaratmadığı təsdiqləndikdən sonra hava hərəkəti bərpa ediləcək".



Oxşar Xəbərlər

Xəbər lenti