Oqtay Əsədov erməni millətçilərinin “Böyük Ermənistan” xülyası haqda

 

"Soyqırımla bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında geniş tədbirlər keçirilir. Sərəncamda erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının geniş təbliğ olunması, qeyd olunması üçün bütün zəruri məqamlar əksini tapıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin xüsusi iclasında sədr Oqtay Əsədov deyib. O bildirib ki, erməni məsələsi Cənubi Qafqazda 1828-ci ildə Şimali Qafqazın Çar Rusiyası tərəfindən işğalı ilə başlayıb: "Çar Rusiyası işğal edilən ərazilərdə öz mövqelərini möhkəmləndirmək üçün İran və Osmanlıdan ermənilərin köçürülməsini həyata keçirib. Artıq XX əsrin sonlarında Qafqaza 1 milyon erməni köçürülüb. Erməni millətçilərinin "Böyük Ermənistan” xülyası Cənubi Qafqaza daim fəlakətlər gətirib. Nəticədə 2 milyona yaxın insan öldürülüb. Bakıda, İrəvanda, Dərələyəzdə, Anadoluda, Tiflisdə, Şamaxıda və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilib. 18 mart bu soyqrımların ən dəhşətlisidir. Təkcə Bakıda 10 mindən çox insan öldürülüb. Ermənilərin Qərbi Azərbaycanda və indiki Ermənistanda həyata keçirdiyi etnik siyasət nəticəsində orada bir nəfər də azərbaycanlı qalmayıb. Ümummilli lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımına xüsusi diqqət yetirib və bununla bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf edir. Bu, yeni bir soyqrımın baş verməməsinə ən tutarlı cavabdır. Prezident çıxışında dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur Azərbaycanın ərazilərdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Əminəm ki, işğal altındakı ərazilər azad ediləcək".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}