8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu dövr ərzində 9 azərbaycanlı 8 müxtəlif ünvanlarda 399 kvadrat metr daşınmaz əmlak alıb. İki Küveyt vətəndaşı ümumilikdə 95 kv metr, bir Gürcüstan vətəndaşı isə 1639 kv metr daşınmaz əmlak alıb. Alınan mənzillərin çoxu isə binalardadır.
Xatırladaq ki, son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində, o cümlədən, İstanbul və Antalyada daşınmaz əmlaka marağın artması müşahidə edilir. Türkiyənin Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 128 mənzil alıblar. Bu isə ötən ilin eyni ayları ilə müqayisədə 19 mənzil çoxdur.
Türkiyə parlamentinin 2015-ci ildə Mülkiyyət Qanununa etdiyi dəyişiklik də bu prosesə təkan verib. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalnız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən şəhərində daşınmaz əmlak sahibi ola bilər.
G. Əliyeva
Virtualaz.org