Planetin QÜDS bələdçisinin AZAD şəhər olmaq HAQQI

 

 


 

 

BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov: "Qüdsün taleyi ilə bağlı ərəb ölkələrindən çox Türk dövlətləri çıxış edir”

 

- "Qüds (Yerusəlim) dünyanın ən qədim şəhərlərindən biri olub”

"Bu şəhər həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün əzizdir. Burda hər üç dini icmanın abidələri yerləşir”

 

Qüdsün hər hansı bir dini icmanın tərkibində olması düzgün deyil

 

- Qüdsün İsrailin paytaxtı elan olunması, dünya ölkələri bir-birinə qarışdırıb. Eyni zamanda müsəlman dünyası buna kəskin surətdə etirazlar edir, dünyanın bir çox yerlərində etiraz mitinqlər keçirilir. Avropada, istər Şərqdə, istər Qərbdə baş verən olaylarla bağlı nə deyərsiniz?

- Birincisi, sual daha çox siyasi xarakter daşıyır və təbii ki, hər bir siyasətin arxasında tarixi gerçəkliklər öz əksini tapır.

Bu gün İslam dünyasında Qüds (bilirik ki, qüds - pak mənasın verir) kimi tanınan şəhər, hansısa bir dini icmanın tərkibində olması düzgün deyil. Nəyə görə? Birincisi, Yerusəlimin, (Qüdsün) İsrailə paytaxt edilməsi məsələsi o bugünkü məsələ deyil!

Hələ 1949-cu ildən İsrail paytaxt olaraq Yerusəlimi seçib. 1967-ci ildə faktiki olaraq İsrail Yerusəlimi işğal etdi. Bu şəhər istər islam, xristian, istərsə də yəhudilər üçün bu qədim şəhər əzizdir?! Çünki, burda hər üç dini icma üçün müqəddəs sayılan abidələr yerləşir.  Məsələn, - İslam dünyası üçün çox mühüm olan Əl-Əqsa məscidi hazırda Yerusəlimdə yerləşir. İslam dininə görə Məhəmməd peyğəmbər Məkkədən Yürusəlimə gəlmiş (İslam tarixində bu isra adlanır) və buradan merac etmişdir.  Qüds xristian dünyası üçün Həzrəti İsanın  dəfn olunduğu şəhər kimi müqəddəs sayılır.  Yəhudilər üçün isə bura qədim sinaqoq inşa edildiyi, Ağı Divarı olduğu üçün,  Davidin şəhəri kimi müqəddəsdir. Arxeoloqlar indiki Yürusəlim ərazisində hələ miladdan öncə 3000-2800 il bundan öncə yaşayış məskəninin olmasını qeyd edirlər. Yeruslim sözünün mənası ilə maraqlanan filoloqlar bu toponimin şumer və akkad sözlərindən yarandığını yazırlar. Onların fikrincə Yer (indiki türk dillərindəki kimi şumer dilində də yer,yurd mənasında işlənirdi), Şalim isə qərbi sami tayfalarının tapındıqları  Sülh,Rifah  Tanrısının adı  ilə bağlıdır.  O zaman Yerusəlim sözünün mənasının  Sülh (sami dillərində Salam,Şalom kimi də səslənir) Tanrısının Yeri olduğu məlum olur. Qeyd edək ki, "Şalem” adlı Tanrı miladdan öncə 2300-cü ilə aid olunan Eblı Suriya yazısında çəkilir. Qədim Misir mənbələrində Yürusəlimin adı miladdan öncə 2000-ci il hadisələri ilə bağlı "lənətlənən düşmən şəhərləri” sırasında "Uruşalimum” şəklində xatırlanır.

Miladdan öncə XVII yüzillikdə şəhər Xanaan ,sakinləri isə ievusey  adlanır. Qeyd edək ki,erkən orta əsr gürcü mənbələrində adları çəkilən "buntürklər” (gürcü dilində "əsil,yerli türklər” mənalarını verir) ievuseylərin törəmələri hesab olunurlar.

Miladdan əvvəl XVI-XII yüzilliklərdə Yerusəlim Qədim Misir dövlətinin tərkibində olmuşdur. Miladdan öncə 1178-ci ildə qədim misirlilərin  Cahi adlandırdıqları Yerusəlim ətrafında  III Ramzesin Dəniz Xalqları (Avropanın Hind-Avropa dil ailəsinə aid olunmayan yerli əhalisi) ilə döyüşündən sonra misirlilərin bölgədəki nüfuzu zəiflədi.

Miladdan öncə 1000-ci ildə Yerusəlim yəhudilər tərəfindən mühasirəyə alınaraq, tutuldu. David İsrail dövlətinin paytaxtını  Hevron şəhərindən buraya köçürdü. 40 il hakimiyyətdə qaldıqdan sonra Davidi oğlu Süleyman  (m.ö.970-930) əvəz etdi. 12 İsrail tayfasından yalnız 2-si (aaronlar və iudeylər) Yerusəlimdə qaldılar. Yerusəlim miladdan öncə 930-cu ildə İudeya padşahlığının paytaxtı elan olundu. İsrail padşahlığı isə Sihem və Samariya şəhərlərini özünə paytaxt seçdi.  Miladdan öncə 925-ci ildə Yerusəlim yenidən misirlilərin əlinə keçdi.

Miladdan öncə  IX-VIII yüzilliklərdə bölgədə Assuriyanın güclənməsi və İsrail tayfalarının qurduqları dövlətlərin süqutu nəticəsində  Yerusəlimə yenidən yəhudi qaçqınların axını başladı.

Miladdan öncə VI yüzillikdə Yerusəlim Yeni Babil padşahlığının tərkibinə qatıldı. Yeni Babil hökmdarı Navuxodonosor Yerusəlimi dağıtdı. Qəribədir ki,gürcü mənbələri "əsil türklər saydıqları”, Kür çayının mənbəyi boyu (tarixi Borçalı mahalının şimal hissəsi)  "şəhərlər salmış buntürklərin” "Navuxodonosorun yəhudiləri yer üzünə dağıtdığı bir dövrdən burada yaşadıqlarını və möhkəmləndiklərini” qeyd edir.

Yerusəlim tarixində  "II məbəd dövrü” hesab edilən mərhələ miladdan öncə 538-ci ildə şəhərin Əhəmənilər tərəfindən işğalı ilə başlayır və  70-ci illərdə şəhərin romalılar tərəfindən tar-mar edilməsi ilə başa çatır. Milddan öncə 537-ci ildə II Kir Navoxodonosor tərəfindən qovulmuş yəhudilərə Yürusəlimə qayıtmağa imkan verir. Nəticədə, Yerusəlimə 50 mindən çox yəhudi yerləşdirilir. Miladdan öncə 333-cü ildə şəhəri döyüşsüz ələ keçirən Makedoniyalı İskəndər yəhudilərə verilən imtiyazları saxladı. Makedoniyalı İskəndərin ölümündən sonra onun Misirdə hakimiyyəti ələ keçirmiş sərkərdəsi  I Soter Ptolomey şəhəri tutdu, bu sülalədən olan IV Antiox isə yəhudi tapınaqlarını dağıtdı. 70-ci ildə şəhəri ələ keçirən romalılar onu yerli-dibli dağıtdılar. Yəhudi məbədi dağıdılaraq, şumlandı. Yalnız imperator Adrianın dövründə Yerusəlimin yerində Roma koloniyası salındı, yəhudi məbədinin  yerində isə Yupiterin şərəfinə məbəd tikildi.

 

Romada xristinaıq dövlət dini elan edildikdən sonra imperator Konstantin şəhərin bərpasına icazə verərək, 325-ci ildə "Həzrəti İsanın qəbri üzərində möhtəşəm məbəd inşa etdirdi”. Bundan sonra Yerusəlim  xristianların qutsal şəhərinə - Qüdsə çevrildi.

638-ci ildə Qüds patriarxı  I Sofron şəhəri xəlifə Ömər ibn Əl-Xəttaba təslim etdi.  Müsəlmanların fəthindən sonra şəhər daha da inkişaf etməyə başladı. Şəhər Məkkə və Mədinədən sonra müsəlmanların  III müqəddəs şəhəri hesab olunurdu. Əməvilər sülaləsinin ilk  hökmdarı olan Müaviyə özünü Yerusəlimdə xəlifə  elan etmişdi.  Ancaq təbii ki, bu şəhər daha çox  Məhəmməd peyğəmbərin "isra” və "merac” etdiyi, İslamı ilk qəbul edənlərin  namaz qılarkən yönlərini çevirdikləri bir şəhər kimi müsəlmanlar üçün müqəddəs şəhərlərdən sayılır.    

 Uzun müddət bütün dinlərin nümayəndələrinin bir yerdə ümumi rifah içərisində yaşadıqları Yerusəlim 1099-cu ildə xaçlıların əlinə keçdi.Şəhərin müsəlman  əhalisinə amansız divan tutuldu. 100 ilə yaxın ağır günlər yaşayan Yerusəlim 1187-ci ildə əvvəllər Əfşar-Türk sülaləsi tərəfindən qurulan Zəngilər dövlətinin canişini,daha sonra isə Misir sultanı olmuş Səlahəddin Əyyubi tərəfindən azad edildi. Burada müsəlman-türklərin 800 ildən çox davam etmiş hakimiyyəti başladı. Xaçlıların "Müqəddəs Qəbri müsəlmanlardan təmizləmək üçün” XIII yüzilliyin 70-ci  illərinin sonlarına qədər davam etmiş yürüşləri heç bir bəhrə vermədi.

1250-ci illərdən başlayaraq 1517-ci ilə qədər Yerusəlim Misir məmlük sultanlarının idarəçiliyi altında qalmışdır. Bu  dövlətin ən görkəmli hökmdarlarından olmuş Sultan Bəybars Borçalı Yersəlimə xüsusi diqqət yetirirdi.

 Onu da qeyd etmək lazımdıır ki, ümumiyyətlə Misir Məmlük Sultanlığı tarixdə "Türkiyə” adını daşıyan ilk dövlətdir. Belə ki, diplomatik yazışmalarda və mənbələrdə bu dövlət "dövlət ət-Türkiyə” adlandırılır. Sultan Bəybars Borçalının  və onun xələflərinin dövründə hazırlanan türkcə-ərəbcə-farsca lüğətlər sonradan bir çox şərqşünasların stolüstü kitabına çevrilmişdi.

1517-ci ildə Yerusəlim Misir Məmlük Sultanlığını məhv edən Osmanlı dövlətinin əlinə keçib. Məhz bundan sonra ora yəhudi axını güclənməyə başlayıb. 1917-ci ildə Osmanlı imperatorluğunun zəifləməsi nəticəsində Yerusəlimİngiltərə mandatlığı altında olan Fələstinin paytaxtı elan olundu. 1947-ci ildə BMT-nin 181-ci qətnaməsinə əsasən keçmiş İngiltərə müsəmləkəsi olan Fələstin ərazisində ərəb və yəhudi dövlətləri qurulmalı idi. Yerusəlim isə beynəlxalq status alırdı. Lakin yəhudi dövləti elan edilən kimi, onun qonşuluğundakı Ərəb dövlətləri ona müharibə elan elədilər. 1948-ci il müharibəsi nəticəsində qalib gələn İsrail Yerusəlimin qərbi İsrailin əlinə keçdi. Yerusəlimin şərq hissəsi isə İordan çayının qərb hissəsi ilə birlikdə  İordaniya tərəfindən tutuldu. İsrail prezidenti  D.Ben-Qurion  Yerusəlimi  İsrailin paytaxtı  olmasıı iddiasını irəli sürdü. 1950-ci ilin martında knessetin Yerusəlimdəki toplantısında şəhər İsrailin paytaxtı elan edildi.   1967-ci ildə "altı günlük” müharibədə ərəblərin uduzması nəticəsində İsrail İordan çayının qərb sahili ilə yanaşı, Yerusəlimin şərq hissəsini də ələ keçirdi. 1980-ci ildə qəbul edilmiş İsrail konstitusiyasına əsasən Yerusəlim bu ölkənin "yeganə və bölünməz” paytaxtı  elan edildi.

 - Birdən-birə Amerika prezidentinin bu addımı atmaqda məqsədi nə idi?!

- ABŞ prezidentinin  37 ildən sonra BMT-nin  478 saylı qətnaməsinə sayğısızlıq göstərməsi (bu qətnamə 1980-ci ildə Qüdsün İsrailin paytaxtı elan edilməsini pisləyir) və  60 ildən sonra  181 saylı qətnaməsinə (Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin yatadılması) hörmətsizlik edərək,  birdən-birə bu şəhəri İsrailin paytaxtı kimi tanıması təkcə israillilərin dini hissləri ilə oynamaq deyil, eyni zamanda xristianların və müsəlmanların dini hissləri ilə oynamaq deməkdir. Məlumdur ki, bu gün İraqda vəziyyət gərgindir, Orta Şərq qaynayan qır qazanına çevrilib.   Və bu konfliktlərin üstünə daha bir konfliktin əlavə olunması ABŞ-ın sülh göyərçini olmadığına dəlalət edir.

- Kərəm müəllim, bəlkə Tramp tarixdə İsrail-Fələstin münaqişəsini həll edən prezident kimi qalmaq istəyir?

-Təkrar qeyd edim ki, Trampın bu addımı Birləşmiş Millətlər Təşkilatının qərarlarına sayğısızlıqdır. Çünki BMT-nin Baş Assambleyası 1947-ci ildə qərar qəbul edib. "Keçmiş İngiltərə müstəmləkəsi olan Fələstin ərazisində iki dövlət yaradılmalıdır. Ərəb dövləti və Yəhudi dövləti”. Yəni orada "Yəhudi dövləti” yaratmaq istəyi Birinci Dünya Müharibəsi ərəfəsində, sultan Əbdülhəmidin dövründə də olub. olub. Lakin reallaşmayıb. 1947-ci ildə BMT-nin çıxardığı qərarla İsrail dövləti rəsmən qəbul edilib, yaradılıb. İsrailin 1947-ci il üçün nəzərdə tutulan sərhədlərinə baxaq. İndiki sərhədləri ilə müqayisə olunmazdır. Yuxarıda dediyimiz savaşlar zamanı 1949, 1967, 1970-ci illər müharibələri zamanı - hər dəfə İsrail genişlənib (genişləndirilib). Fələstinə aid ediləcək torpaqların böyük bir hissəsini də işğal edib. Digər qonşu Ərəb ölkələri də, o cümlədən Misir İordaniya və Suriya Fələstin torpaqlarının qalan hissəsini tutdular. Nəticədə Fələstin Ərəb Dövlətinin yaranması kağız üstündə qaldı.

Bu konflikti çözmək istəyən insan gərək BMT-nin çıxartdığı qərara hörmətlə yanaşsın. Nədənsə söhbət müsəlmanlardan, müsəlman türklərindən gedəndə BMT-nin qərarları yaddan çıxır. Necə ki, Dağlıq Qarabağla bağlı BMT-nin "İşğalçı qoşunlar Qarabağdan çıxarılmalıdır” uərarı stolüstə qaldığı kimi, BMT-nin 1947-ci ildə verdiyi qərar da çox təəssüf ki, kağız üstündə qalıb.

- Niyə kağız üstündə qalıb?

- Mən savaşın tərəfdarı deyiləm. Türk İslam dünyasının görkəmli Sultanı Sultan Mehmetin bir kəlamı var: "Cənnətqılıncların kölgəsindədir”. Yəni, özündə güc toplamalı, torpağını müdafiə eləməlisən! Mütləq müdafiə eləməlisən! Ərəb ölkələri içərisində birliyin olmaması faktı Fələstin üçün böyük faciədir.

- Siz dediyiniz ki, 1967-ci ildə olub müharibəsindən sonra Qüds işğal olunub. Bax, ondan sonrakı mərhələdə nə gözlənilir?

- Paytaxt olaraq 1949-cu ildə İsrail Qüdsün Şərq hissəini tutub. Yerisəlimi paytaxtı elan edib. Xatırladıram ki, BMT paytaxt olaraq Təl-Əviv şəhərini İsrail üçün paytaxt nəzərdə tuturdu. Və dünya dövlətlərinin əksəriyyəti; indiki ABŞ-dan və İsraildən başqa, bütün dünya ölkələri İsrailin paytaxtını Təl-Əviv kimi tanıdığını iddia edir. Elə indi də elədir. Lakin İsrail 1949-cu ildə, ABŞ isə 2017-ci ildən Yerisəlimi İsrail paytaxtı kimi tanıyır.

- O vaxtdan Qüds problem olaraq qalır.

- Söhbət təkcə Qüdsdən  getmir. Qəzza problemi var. İordan çayının qərb sahili var. Bu torpaqlar hamısı yaradılacaq Ərəb dövlətinin əraziləridir.  Qüdsün  İsrailin paytaxtı kimi tanınması digər tərəfdən xristian dünyasına meydan oxumaq deməkdir. Yerusəlim Xristian dini üçün müqəddəs bir ərazidir.  Bura dünyanın üç böyük dininin mərkəzidir. Əgər doğrudan da ABŞ burda sülh göyərçini rolunu oynamaq istəyirsə, daha ədalətli olardı ki, orda faktiki müsəlmanlar və yəhudilərin daha çox üstünlük təşkil etməsi faktorunu nəzərə almalıydı.

Bir neçə il bundan əvvəl, yadınızdadırsa, orada qəribə bir savaş çıxdı. Ermənilərlə, yəni, haylarla yunan keşişləri arasında qan su yerinə axdı. Bir-birlərini qırdılar.

Bu gün Azərbaycanın da orda pay var. Bir tərəfdən müsəlman- türk olaraq, digər tərəfdən vaxtilə Azərbaycan xalqının etnogenisində iştirak eləmiş xristian albanların varisləri olaraq  Qüdsdə payı var. Alban tarixçisi Musa Xaqankatlının yazdığına görə "Qüdsdə albanlara məxsus 100-lə  monastırlar vardır”. Çox təəssüf ki, həmin o monastırlara  bu gün  haylar yiyələnib. Bu yaxınlarda həmin monastırlara yiyələnmək üstündə albanlarla eyni təriqətdən olan yunan keşişləri ilə haylar  arasında əlbəyaxa savaş da çıxmışdı. O monastırların Qafqaz albanlarına məxsusluğu məsələsini gündəmə gətirmək lazımdır.

- Məlumdur ki, İsrailin dövlət adamları Qüdsdə otururlar…

- Belə bir deyim var: "Hər cür müqayisə qüsurludur”. Ancaq müqayisə zamanı həqiqətlər meydana çıxır. Hazırda bu cür konfliktlər yer kürəsində çoxdur. Biz əzab çəkən bir xalq kimi özümüzə də bir nəzər yetirək. Dünya Birliyinin münasibəti konteksində BMT-nin qərarlarının hansı biri yerinə yetirilib? "İşğalçı erməni qoşunları Dağlıq Qarabağdan çıxarılmalıdır!” qərarı yerinə yetirilmir. Ancaq nədən bir saat müddətində BMT qərar da çıxartdı, İraqa qoşun da yeritdi. BMT qərar çıxartdı. Küveytə qoşun çıxartdı. Sonra da ardınca İraqla müharibə baş verdi. O zaman belə fikir yaranır ki, BMT-nin hər çıxartdığı qərarı super güclər qəbul etmək istəmir. Halbuki özlərinin yaratdığı bir qurumdur. BMT 1945-ci ildə San Fransisko konfransında yaradıldığı gündən bəri onu yaradan supergüclər bu qurumun çıxardığı qərara hörmətlə yanaşırlarmı? Yox.

Bu son olay göstərir ki, hazırda dünya siyasətində ədalət prinsipi kökündən pozulur.

- Hərdən fikirləşirəm ki, BMT "pərdə arxası bütün ipləri əlində saxlamağa cəhdlər göstərir”. İstədiyi vaxt boşluq yaradır, sərf eləməyəndə qərarını qətiləşdirir, qoşun yeridir.  

- Elədir. Aprelin 24-də bir KİV əməkdaşı soruşdu ki, ABŞ erməni soyqırımını tanısa, Türkiyə və Azərbaycanın taleyi necə ola bilər? - sualına ironiyala ilə cavab verdim. "Özü soyqırım üzərində qurulmuş bir dövlət, olmamış bir soyqırımı nə haqla tanıya bilər? Bir ölkə ki, qurulduğu vaxt, öldürülmüş bir koyot, yəni qurdla öldürülmüş bir hindunun aqibəti eyniydisə, hansı haqq-ədalətdən danışır?!

- Biz yazılı mətbuatda Amerikanın indiki torpaqlarının qədim sahibləri olan hinduların indi yaşadıqları rezervasiyalara məcburi  köçürülənlər barəsində yazılar vermişik…

- Aydın məsələdir. Gəlin görək, indiki Amerikaya köçürülənlər kimlər idi? Əvvəlcə tacirlər, əsgər, keşiş. Əsgər əlində tüfəng - ürəyində sərvət arzusu, keşiş əlində xaç - ürəyində sərvət arzusu. Tacirlər də oradakı sərvətdən qazanmaq üçün gedirdilər. Sonrakı mərhələdə ingilislər "ölüm hökmü” kəsilən, islah edilməsi mümkün olmayan dustaqları ora sürgün edirdilər.

Onlara hər cür azadlıq verilmişdi ki, yerli əhaliyə necə bacarırsınızsa elə davranın. Misal üçün: Bu gün Avstraliyanın yerli əhalisi Avstraliya qitəsi əhalisinin bir faizini təşkil edir. Soyqırım budur. Sonuncu yerli tasmaniyalı Vilyam Lens 1916-cı ildə öldü.

Qərb ölkələri nə haqla soyqırımdan danışır?! Sudan, Əlcəzair və digər yerlərdəki konfliktlərin tarixi çox uzaq deyil. Kim törətdi bu soyqırımları?! Bu gün Fransa soyqırım tanıyır. Erməni soyqırımı. Bəs özünün Əlcəzairdə həyata keçirtdiyin soyqırım deyildi? Almaniya bu gün soyqırımdan danışır. Bugünkü Namibiyada Herrero tayfaları var idi. Bir nəfər də sağ qalmayıb. O soyqırım deyildi?! Ancaq cəbhədə döyüşən osmanlının kürəyinə arxadan güllə sıxan ermənilərin cəzalandırılmasını soyqırım adlandırır. O zaman Krım tatarlarının, çeçenlərin, inquşların, qaraçay - balkarların köçürülməsinə nə ad verək?! O zaman bu da soyqırımdır. BMT adlanan qurum böyük güclərin əlində sadəcə bir alətə çevrilib. Onun üzvlərinə diqqət edək. Nə vaxt ki, iki qütblü dünyaydı, ədalət pinsipi qismən də olsa gözlənilirdi. Amma, bu gün faktiki bir qütblü dünyadı. Məsələn: Rusiyanın Suriyaya girməsinə cavab olaraq Amerika o bölgəyə nəzarəti gücləndirmək istəyir. Gerçəklik budur. Məhz nə oldu?! 2017-ci ildə Qüdsü paytaxt kimi tanımağı birdən-birə ağlına gəldi?

Tarixi istənilən vaxt təhrif eləmək olar. Məsələn, filan vaxt mənim olub.

Dediyim kimi, Xanaan dövründə, ondan sonrakı Şumer, Akkadlar, Yəhudi Çarlığı, Roma, Sasanilər, Xilafətin əlinə keçməsi, ondan sonra uzun müddət müsəlman-Türk dövlətlərinin tərkibində olması tarixi məqamlardan dövlətlər iddia eləməlidir?!O zaman parodoksal vəziyyət yaranır.

P.s. Yeri gəlmişkən, indiki Yunanıstan ölkəsində əski türklər yaşayıb.

- Ellada dövləti olub, El.Lada. ən azı El sözü var. Qris sözü var.

Dünyanın tanıdığı ELLADA MƏDƏNİYYƏTİNİN kökündə (özləri də etiraf edirlər ki) yəni, bu gün yunanların özləri də etiraf edirlər ki, krit   mədəniyyəti dayanır.

İndiki yunanların əcdadları olan dorilər sonradan gələnlərdir. Krit yazıları ilə qədim türk run yazıları arasındakı oxşarlıq 70 faiz təşkil edir. Yəni, bunu özləri də etiraf edir. İstənilən xalq, istənilən dövrdə hansı ərazidə olduğunu deməyə imkanı var. Ona görə də ən azından BMT-nin qərarlarına hörmətlə yanışılaydı.

II Dünya müharibəsindən sonra yaranmış qurum, heç olmasa ondan sonra müharibələrin olmasına imkan verməməliydi. Bu qurumun faktiki yerləşdiyi (Nyu-York şəhəri) dövlət belə bir qərar çıxarırsa, onda beynəlxalq münasibətdə hansı ədalətdən danışmaq mümkündür?!

Xərəzmşahların özü monqol zülmündən əziyyət çəkdiyi bir dövrdə (Cəlaləddin şah) türklər gedib, Qüdsün yad əllərə keçməsinə qoymadılar. Bunun özündə də bir hikmət var.

- Bəs bu dəfə?

- Sanki bu tarixin təkrarıdır. Ağıllı adamların bir sözü var. TARİX - "təkərrür” - deməkdir”. Birinci dəfə fakt, ikinci dəfə faciə şəklində təkrarlanır. Qüdsün taleyi ilə bağlı ərəb ölkələrindən çox, türk dövlətləri çıxış edir.

 

Söhbəti yazdı:

 

Natella Asena,

"Yeni Sözçüqəzeti

 

 

 

 

Planetin QÜDS bələdçisinin AZAD şəhər olmaq HAQQI

 Əl Aqsa məscidi

 

 

                            Planetin QÜDS bələdçisinin AZAD şəhər olmaq HAQQI


 

İsa peyğəmbərin qəbri

 





Oxşar Xəbərlər

Xəbər lenti