8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən gün Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Sozcu.info xəbər verir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən xatirə lövhəsinin Mariborda ucaldılması Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin dəstəyi ilə mümkün olub.
Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının birgə layihəsidir.
"Avropa qəbiristanlıqlarının açılış həftəsi” çərçivəsində keçirilən mərasimdə Sloveniya parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü, professor Fərhad Bədəlbəyli, Maribor şəhərinin meri Andrey Fiştravets, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.
Memorial kompleksi ərazisində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş xatirə lövhəsinin açılışı olub.
Qeyd edək ki, 36 hektar ərazini əhatə edən Dobrava Memorial Parkında II Dünya müharibəsi zamanı həlak olan sloven, xorvat, bosniak və digər xalqlarının nümayəndələrinə, eləcə də sovet əsgərlərinə və keçmiş Yuqoslaviyanın bir çox yerlərində baş vermiş kütləvi edamlar və məzarlara həsr olunmuş simvolik xatirə abidələri Avropanın mədəni irsi kimi qorunur və təbliğ edilir. 2015-ci il oktyabrın 19-da Sloveniyanın Prezidenti Borut Pahor Dobrava Memorial Parkında ucaldılan ilk xatirə lövhəsinin açılış mərasimində iştirak edib. Dobrava Memorial Parkı Kompleksi mədəni irs nümunəsi kimi UNESCO tərəfindən qorunur./azertac/