“Səni deyirlər”in ifaçısı: “Mahnının indiki sözləri mənə aiddir” - MÜSAHİBƏ

“Səni deyirlər”in ifaçısı: “Mahnının indiki sözləri mənə aiddir” - MÜSAHİBƏ

 

Bakıda səfərdə olan "Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadənin "Report"a müsahibə verib.Sozcu.info həmin müsahibəni oxucularına təqdim edir.

- İlk dəfədir Bakıdayam. Qonaq olaraq gəlmişəm. Dostum Məhəmməd Çalğının kitab təqdimatı üçün qonağam.

- Bakıda necə qarşılandınız?

- Yaxşı qarşılandım. Bir qardaşıq.

- Oxuduğunuz "Səni deyirlər" mahnısı Azərbaycanda olduqca məşhur oldu. Bunu gözləyirdinizmi?

- Hər bir mahnı populyar ola bilər. Mənim də bəxtim gətirdi. Əlbəttə ki, bu mahnının məşhur olmağı bizi sevindirdi. İranda səslənmiş türk mahnılarımızdan biridir. Bu mahnı 40 il bundan qabaq yazılmış bir mahnıdır. Mahnı sadəcə toylarda səslənirdi. Düzdür, mahnının sözləri qədim şairlərimizə aiddir, ancaq indi səslənən sözlər mənə aiddir.

- Bakını gəzə imkan tapmısınızmı?

- Gəzməyə hələ ki, vaxtımız olmayıb, gəzib görəcəyik.

- Azərbaycandan duet, iş təklifi edənlər olur?

- Olur, ancaq nə olur-olsun arzum odur ki, öz ölkəmdə, İranda konsertlərim olsun.

- Azərbaycan müğənnilərindən kimləri dinləyirsiniz?

- Hamısını. Birinin adını versəm olmaz, çünki müğənnilər hamısı sevilməlidir.

- El şənliklərinə dəvət alırsınız?

- Alıram. İki ay içində çox dəvət olub. Sadəcə İranda dövlət, müsiqi qanunlarımız var, gərək onlara riayət edək.

- Azərbaycanlı izləyicilərinizə nə demək istərddiniz?

- Qısaca deyim ki, necə ki, onlar mahnı ifa edəndə bizi sevirlər, biz də onları sevirik. Biz onları sevmişik, bu musiqini ifa etmişik.



Oxşar Xəbərlər

Xəbər lenti