8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə onun yerinə yeni namizəd irəli sürüləcəyi ilə bağlı yayılan xəbərlər haqda Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, sözügedən məlumatlar iddia xarakteri daşıyır:
"Mənim bu vəzifədən getməyim üçün gərək müvafiq tövsiyələr və cənab Prezidentin sərəncamı olsun. Yəni bu, istəklə olan məsələ deyil. Bununla bağlı məsələ ölkə Konstitusiyasında da öz əksini tapıb. Yəqin ki, cənab Prezident bununla bağlı müvafiq qərar verəcək. Bundan sonra hər şey məlum olacaq”.
Qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizədin irəli sürüləcəyi barədə məlumat yayılıb.