8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Fevralın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov səmimi və mehriban münasibətə görə rektor professor Elxan Hüseynova təşəkkür etdi, təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışdı, müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırdı. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universiteti ilə birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili,vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması,birgə tədbirlərin, o cümlədən, ekskursiyaların, treninqlərin, seminar,dəyirmi masa, konfrans və forumların təşkili,yeni ixtisaslar üçün nəzərdə tutulan dərslik, dərs vəsaiti, monoqrafiyaların hazırlanması və tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edilməsi məsələlərini təklif etdi.
Görüşdə Mərkəzin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi apardılar, bu əməkdaşlıq universitet-istehsalat müəssisələri əlaqələrinin səmərəli olacağını qeyd etdilər və hər iki tərəfə uğurlar arzuladılar.
Sozcu.info