8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sumqayıt Dövlət Universitetində "Açıq qapı” günlərinin keçirilməsi artıq bir neçə müddətdir ki, ənənə halını almışdır. Bunda əsas məqsəd isə, universitetdə aparılan tədris prosesinin və ilk növbədə əlbəttə ki, imtahanların şəffaflığını, tələbələrin elmi biliklərinin qiymətləndirilməsində obyektivliyi təmin etməkdir.
SDU-da növbəti belə "Açıq qapı” günü may ayının 2-də keçirildi. Hər zaman olduğu kimi, bu dəfə də tədbirdə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvlərinin, valideynlərin, Qeyri-Hökumət Təşkilatları və KİV nümayəndələrinin iştirakı təmin olunmuşdu.
Məlum olduğu kimi, Sumqayıt Dövlət Universiteti Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılıb. Həmin günü birmənalı olaraq Sumqayıtın sosial-mədəni həyatında yeni, daha yüksək bir inkişaf mərhələsinə keçid günü kimi qeyd etmək olar.
Sumqayıt Dövlət Universitetinin (SDU) yaradılmasından dərhal sonra şəhərin elm və təhsil ocaqlarında böyük bir canlanma yarandı, yeni-yeni istiqamətlərdə inkişaf dinamikasının perspektivləri müəyyənləşdirildi. Sumqayıtda fəaliyyət göstərən Elmi-tədqiqat institutları ilə, həmçinin orta ixtisas təhsili müəssisələri – kolleclərlə, incəsənət və musiqi məktəbləri ilə geniş əlaqələrin qurulması şəhərdə elm və təhsilin, mədəniyyətin inkişafına yeni təkan verdi. Bu gün də Sumqayıt Dövlət Universitetinin fəaliyyətində mütərəqqi yenilikləri davamlı olaraq müşahidə etmək mümkündür. Ölkənin ümumilikdə təhsil sistemində məqsədyönlü şəkildə həyata keçirilən əhəmiyyətli dövlət tədbirləri sayəsində bütün digər təhsil müəssisələrində olduğu kimi, SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Əlbəttə ki, hər bir konkret halda, yaranmış imkanlardan nə dərəcədə səmərəli istifadə olunması artıq bu və ya digər təhsil müəssisəsinin kollektivinin və ilk növbədə rəhbərliyinin işə münasibəti ilə müəyyənləşdirilir. Əldə etdiyimiz məlumatlara görə isə, məhz bu baxımdan Sumqayıt Dövlət Universitetində gedən proseslər kifayət qədər təqdirəlayiqdir. Bu ali təhsil müəssisəsinin fəaliyyətilə yaxından tanış olan mənbələr də təsdiq edirlər ki, bu gün SDU-da mütərəqqi islahatlar dinamik və səmərəli formada tətbiq olunmaqdadır. Həmçinin açıqlamalarda xüsusi olaraq qeyd edilir ki, universitetdə müşahidə olunan bu inkişafın, dövlət islahat proqramlarının uğurla reallaşdırılmasının əsas təminatçıları kimi də məhz SDU-nun rəhbərliyi və şəxsən rektor Elxan Hüseynov çıxış edirlər. O cümlədən, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi SDU-nun rektoru professor Elxan Hüseynovun daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Elə bu gün keçirilmiş "Açıq qapı” günü də bu məqsədlərə xidmət edən tədbirlərdən biri kimi qiymətləndirilə bilər. Tədbirin gedişində universitetin rəhbərliyi və KİV nümayəndələri ilə birgə valideynlər övladlarının təhsil aldıqları auditoriyalarda dərsin gedişini izlədilər.
KİV nümayəndələri və valideynlər universitetdə yaradılan şərait, laboratoriya və ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalarla tanış oldular, Mühəndislik fakültəsinin dekanlığında quraşdırılmış kameralarla təchiz olunmuş nəzarət sistemi vasitəsi ilə auditoriyalarda keçirilən dərsləri müşahidə etdilər. Onları maraqlandıran suallar cavablandırıldı, təklif və istəkləri dinlənildi.
Bu gün SDU-da uğurla tətbiq olunan yeniliklərdən danışarkən, əlbəttə ki, universitet tələbələrinin istehsalat təcrübələrinə cəlb olunmaları işinin tamamilə fərqli bir rakursda təşkili də qeyd olunmalıdır. Belə ki, son vaxtlar SDU tələbələrinin Sumqayıt Texnologiyalar Parkında, "Azərkimya” İB-nin müəssisələrində təcrübə keçmələri, Azərbaycan Polimer Materialları İnstitutunun SDU-da baza kafedrasının yaradılması və bu xüsusda əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret addımlar atılıb. Bundan başqa, qartıq bir neçə müddətdir ki, Sumqayıt Dövlət Universitetinə bir neçə yeni ixtisaslar, o cümlədən xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanıb və əlavə dörd fakültədə rus dili ixtisasları açılıb.
Əminliklə demək olar ki, bu gün Sumqayıt Dövlət Universitetində artıq yüksək tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb, konkret işlər görülüb.
Arzuman Loğmanoğlu,
"Yeni Sözcü” qəzeti