Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Amma fəlsəfə həmişə bu kimi məsələlərə müdrik yanaşmağı bacarıb.
Maddi aləmin izahında, yaxud da ki, izahedilməzliyində bütün dünya ilahi ədalətin arxasınca at salır, yetişə bilməsi də mücərrədir.
Bu gün koronovirus dünyasının da sanki iş prinsipi ilahi ədalətlə razılaşdırılıb.
Həyat şəraiti ən üst səviyyədə olan dövlətlər diz çökür, hansi ki, onlar üç –dörd ay əvvələ qədər güclərini diqtə etdiyi dünyanın hər tərəfində insanlar acından ölür, uşaqlar öldürülür, qaçqınlar artır, insan haqları insandan başqa hər nəsnəyə yarayar hala gəlir, ölkələr parçalanır, petrol quyularının qanla qarışdığı bədəvi çöllərinin hərarəti daha da qızışırdı.
Amma hər şey bir koronovirus mikrobu ilə dəyişdi.
Dəqiq ifadə etmək lazımdır ki, mikroblar tarix yazır, tarixin özündə də tarix yazıb, başqa sözlə, dünya tarixi üçün yeni bir mərhələ başlayır.
Jared Diamondun məşhur "Tarix, tüfəng və dəmir” əsərindən möhtəşəm bir hissəyə baxaq: "Xəstəliklər əsas ölüm səbəbi olaraq tarixi mərhələdə önəmli rol oynayıblar. İkinci Dünya Müharibəsinə qədər döyüşlərdə ölənlərin əksəriyyəti aldıqları yaralardan yox, müharibə ilə paralel hərəkət edən yoluxucu xəstəliklərdən ölürdü”.
O dövrdə müharibələri ən yaxşı döyüşçüyə və silaha sahib olanlar yox, düşmənlərinə öldürücü xəstəlikləri yoluxduranlar qazanırdı.
Məsələn, Kolumb 1492-ci ildə Amerikanı kəşf edəndə özü ilə onlardan qat-qat güclü olan yerliləri mikroblara yoluxduraraq, qırdı və təslim etdi.
Bütün müharibələr özü ilə yeniliklər və dəyişikliklər, başqa sözlə inkişaf gətirir, üstəgəl bu proseslər ondan əziyyət çəkənlərin timaslında reallaşır.
Solferino müharibəsi zamanı çöllərdə çürüyən insan bədənlərini görmüş Anri Dünan uzun illər özünə gələ bilməmişdi, qanaxmalardan can verən, diri-diri dəfn edilən, qarğa-quzğunlara yem olanların acı mənzərəsi ona Qızıl Xaç Komitəsinini yaradılması ideyasını bəxş etmişdisə, I Dünya Müharibəsinin gedişi şotland aliminin beyninə təsir edərək, sayı-hesabı bilinməyən yaralıları xilas etmişdi.
Müharibə dövründə cəbhələrdə olan Aleksandr Fleminq qulluq etdiyi müddət ərzində əskərlərin infeksiyalar səbəbindən qorxunc şəkildə ölmələrinə şahid olmuşdu. Müharibədən sonra "Müqəddəs Meri" xəstəxanasına geri döndü və tədqiqatlarını antiseptiklər mövzusunda gücləndirdi.
Aleksandr Fleminq hər iki kəşfini də 1920-ci illərdə təsadüf nəticəsində etmişdir. İlk kəşfi olan lizosom Aleksandr Fleminqin içində bakteriya şəbəkəsi olan qabların içinə asqırması nəticəsində meydana gəlmişdir. Bir neçə gündən sonra müşahidə etdi ki, mukusla təmasda olan bölgədəki bakteriyalar ölüb.
Aleksandr Fleminqin laboratoriyası həmişə dağınıq olurdu. 1928-ci ilin sentyabr ayında bu vəziyyət onun üçün faydalı oldu. Laboratoriyasının müxtəlif yerlərinda olan sınaqlarını nizamlamağa çalışırdı. Onları sıralayarkən hər birini diqqətlə nəzərdən keçirirdi. Bu zaman qəribə göbələk koloniyası müşahidə etdi. Bu göbələk koloniyası qızılı stafilokokk bakteriyası olan qablarda inkişaf etmişdilər. Diqqətlə tədqiq etdikdən sonra Aleksandr Fleminq bu göbələklərin zərərli bakteriyaları öldürdüyünü müşahidə etdi. Bunun əhəmiyyətini başa düşdü və 1929-cu ildə pensilin adlandırdığı maddənin kəşfi ilə bağlı məqaləsi dərc olundu.
Aleksandr Fleminq adətən bağça torpağı ilə tədqiqatlarını apardırdı. Bu kimyaçı üçün olduqca çətin iş idi, çünki bağça torpağını analiz etmək, ələmək, içində düzgün göbələkləri çoxaltmaq uzun və zəhmət tələb edən prosesdi. O, kəşfini daha da təkmilləşdirə bilmədi. Onun kəşfinin hal hazırki vəziyyətinə gəlməsi iki alimin, Houard Flori və Ernst Çeyn adı ilə bağlıdır. Onlar pensilini təkmilləşdirərək təsirli hala gəlməsini həyata keçirtdilər. Bu tədqiqatlar nəticəsində İkinci dünya müharibəsi və daha sonralar çoxlu insanın həyatı xilas oldu.
Müasir elmin inkişafı, xüsusilə də genetika və molekulyar biologiya aşkar edə bildi ki, xəstəlik və mikrobların insanlıq tarixi ilə birbaşa əlaqələri var.
Vəhşi aləmdən adaptasiya edilmiş, əhliləşdirilmiş ev heyvanları və bitkilər özləri ilə parazitlərini də uyğunlaşdırıb və bu, əhliləşdirilmiş parazitlər insanların tarix uzunu əsas "müşayiətçisi” olublar.
Məsələnin qəribə tərəfi isə budur ki, işğal edilən bölgələrdəki mikroblar təəssüf ki, daha öldürücü və məsələn, İnk kralının ispan kralını Madriddə həbs etməsinə səbəb olacaq qədər güclü deyildi.
Beləliklə, ev heyvanlarından alınan mikroblar Avropaya imkan vermişdi ki, bütün Amerikanı, Okeaniyanı, Afrikanı, Avstraliyanı işğal edə bilsin.
Sadə paralellik imkan verir ki, bu gün də mikrob törədici qismində çıxış edən Çin mikroblar müharibəsinin yeni dövrünü başlatsın.
Bu müharibə nəticəsində hazırda görünən odur ki, bütün güclü Qərb dövlətləri milyardlarla dollar xərcləmələrinə rəğmən, çökür, dağılır və çıxılmaz durumda qalaraq çabalayırlar.
Çin demək ki, antik və orta əsrlər Avropa tarixini, müstəmləkə dövrünü yaxşı oxuyub və bütün tibb sistemini genetika, molekulyar biologiya üzərindən formalaşdırıb.
Əgər elədirsə, ABŞ-lı, İspaniyalı, İtaliyalı, İngiltərəli "mədəni” dünyanın Çin qarşısında diz çökməsi yeni tarix deməkdir, həm də yeni dünya və insanlar.