8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"20 ilddən çox Türkiyədə yaşayan rahib Branson Türkiyəni daxildən parçalamaq üçün dağıdıcı qüvvələri davamlı olaraq maliyyələşdirməkdə ittiham olunaraq həbs olundu. Bronsona işgəncə verilmədi. Sonradan isə o, ev dustaqlığı ilə əvəz olundu. Bununla belə, Rza Zərrabın "pul yuma” əməliyyatında heç bir suçu olmayan məmur "Halkbank”ın rəhbərlərindən olan Hakan Atilla ABŞ-da saxlanıldı. Atilla da bir insandır, rahib Branson da. Lakin ABŞ Türkiyəyə Bransona görə, iqtisadi sanksiyaya əl atdı. Türkiyədən idxal olunan 2 məhsula yüksək səviyyədə rüsum ttəbiq etdi. Halbuki, Türkiyədən ABŞ-a ixrac olunan polad və aliminiuma qoyulan yüksək rüsum proteksionist (himayədarlıq) siyasəti ilə bağlı deyil. Bu, birbaşa Türkiyənin ixrac hesabına dollarla daxilolma imkanlarından məhrum olması və İMF-in dollar borcu almaq üçün onun qapısına getmək məcburiyyətində olmaq üçün edilir”.
Strateq.az bildirir ki, bu sözləri iqtisadçı Məhəmməd Talıblı deyib.
Onun sözlərinə görə, analoji addım 17 il bundan öncə ABŞ tərəfindən ediləndə Türkiyənin üzv olduğu Ümümdünya Ticarət Təşkilatı buna görə ABŞ-a etiraz etmişdi:
"O zaman ABŞ bunu milli təhlükəsizliyinə təhdid (232) maddəsinin pozulması ilə əsaslandırılmağa çalışılmışdı. Tramp rahib Bronsonun ev dustaqlığına buraxılmasına baxmayaraq, yüksək rüsum aradan qaldırmadı. Tramp deyib ki, Brunsonun azad edilməsi bizim Türkiyəyə münasibətini dəyişən deyil. Demək, məsələ Bransonla da bağlı deyil. Məntiqlə rahib olmasaydı da, Türkiyəni zəiflətmək planı üçün hansısa səbəb tapılacaqdı. El dilində desək, məsələ yorğan davası deyil. PKK, PKK terror təşkilatının iki törəməsi olan YPG və PYD, FETÖ kimi yüksək rüsum siyasəti də Türkiyənin regionda ABŞ-la müttəfiqlik münasibətində əl dəyişməsi üçün edilirmiş. Çünki, məntiqlə rahib Branson 2016-cı ilin oktyabrında həbs olunub, bəs niyə indi ABŞ-ın yadına düşüb?.
Odur ki, Branson söhbəti çox da inandırıcı deyil. ABŞ hazırda bir neçə dövlətə qarşı eyni vaxtda zərbə vurmaq kimi hədəfləri ilə ortada: Türkiyəyə polad və aliminium rüsumlarında artımlar, Çində ticarət savaşı, İrana qarşı embarqo, Rusiyaya sanksiya, Aİ-a xüsusilə avtomobillərə olan rüsumların 25% artırılması ilə böyük bir cəbhə açıb”.
İqtisadçının sözlərinə görə, bütün bunlar göstərir ki, indiki halda ABŞ asimmetrik əməkdaşlıq yox, hegemonluq diqtəsi ilə regionlarda oturmaq istəyir: "Əvvələr isə demokratiya, təhlükəsizlik və insan hüquqları ilə birgə əməkdaşlıq üçbucağı əsasən elan edilirdi. Əslində müttəfiqlik münasibətləri ortaq dövlət maraqları və sivil münasibətləri nəzərə tutmalıdır. Türkiyə ilə 40 ildir ki, Avropa İttifaqı, yaxın keçmişdə Rusiya, indi isə ABŞ fərqli dövlət statusu ilə yanaşıblar. Bu münasibətlərin sağlam əsaslar üzərində qurulması üçün müttəfiqlik içində olan dövlətlərin qardaş Türkiyəyə münasibətləri dəyişməlidir. Onlar başa düşməlidirlər ki, Türkiyə bir çadır dövləti deyil!”.