25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Polis general-mayoru Ramiz Zeynalovun Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi təyin edlməsindən 24 il ötür. Bu 24 il ərzində sovet "QAİ”sinin müasir yol patrul xidmətinə çevrilməsi gözlərimizin önündə baş verib. Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu proses əksər keçmiş sovet respublikalarında getsə də, Azərbaycanda aparılan islahatlar özünün unikallığı ilə diqqəti cəlb edir. Sovet "QAİ”sinin müasir dövrünün tələblərinə cavab verən yol patrul xidmətinə çevrilməsi zamanı keçmiş topa tutulmadan, mövcud olan baza dağıdılmadan və ən əsası bu sistemdə işləyən insanların hüquqların tapdalanmadan həyata keçirilməsi baş verdi. Əksər ölkələrdə isə "QAİ”də çalışanların xidməti, fəaliyyəti və hüquqları nəzərə alınmadan inqilabi yolla həyata keçirildi. Azərbaycanda isə bu proseslər təkamül yolu ilə baş verdiyindən heç bir boşluq yaranmadı. Bütün bu prosesin həyata keçirilməsində isə general Ramiz Zeynalovun müstəsna xidməti var.
General Ramiz Zeynalovun "QAİ”nin yeni xidmətə çevrilməsindəki roluna dövlət başçısı və Daxili İşlər Nazirliyinin rəhbərliyi daima etimad göstərərək yüksək qiymətləndirib. Onun 24ilərzində eyni bir orqana rəhbərlik etməsi faktının özü generala göstərilən etimaddan xəbər verir. Dövlət aparıtında, nazirlik və dövlət komitələrində çox az sayda rəhbər şəxs var ki, ona 24 ərzində etimad göstərilib. Sürətli struktur və kadr islahatlarının getdiyi bir şəraitdə bu o qədər də asan məsələ deyil. Əgər bir rəhbər şəxs 20 ildən artıq bir müddətdə etimadı doğruldursa, bu onun fövqəladə təşkilatçılıq qabiliyyətindən xəbər verir.
General Ramiz Zeynalovun rəhbər şəxs kimi özəlliyindən biri də tənqidə dözümlülüyü, özgə fikirliliyə tolerant yanaşmasıdır. Bu günə kimi onun haqqında onlarla əsaslı-əssasız tənqidlər səsləndirilib, bəzən hətta təniqdlə böhtanı səhv salanlar da olub. Ancaq general onların hamsına qarşı müdriklilə yanaşaraq yanlış yolda olanlara səhvlərini anlamaq imkanı verib. Xüssusilə də gənc nəslinin təcrübəsizlikdən irəli gələn səhvlərini düzəltməsinə daima imkan verib. Bunu öz əməkdaşlarına qarşı münasibətdə də, media və ictimaiyyət fəallarına münasibətdə də sezmək olar.
Çox marqlıdır ki, əsasən qalmaqalçı media mənsublarının zaman-zaman general Ramiz Zeynalovun guya vəzifəsindən çıxarılacağı haqqında əsasız və bu günə kimi doğrulmayan xəbərlərə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi çox təmkinli yanaşıb. Halbuki, biz bəzən daha yüksək vəzifə sahiblərinin belə məlumatlara münasibətdə təmkinini itirməsinin də yaxın keçmişimizdə şahidi olmuşuq. İndi çoxdan sabiq nazir və komitə sədri status alan bir çox sabiq məmurlar belə məlumatlarla bağlı jurnalistlərlə məhkəmə davasına da qalxıblar. General Ramiz Zeynalov isə belə vəziyytlərdə müdrikcəsinə davranaraq həqiqətlərin üzə çıxamsını zamanın öhdəsinə buraxıb və həmişə də haqlı çıxıb. Bu gün də eyni proseslər yaşanır. Kimlər isə general Ramiz Zeynalovun işdən çıxarılacağı haqqında tamamilə əsassız məlumatlar yayırlar və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi həmişə olduğu kimi təmkini pozmadan bu məlumatı yayanların yalanın üzə çıxamsını zamanın öhdəsinə buraxır. Əlbəttə, fani dünyada heç bir vəzifə, məqam əbədi deyil. Ancaq əbədi olan bir şey var. İnsanlıq.
<!- A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti