8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Abşeron” gənclər şəhərciyində yaşayan sakinlərin problemləri bitmək bilmir.
Avropa.info xəbər verir ki, bu ərazidə mənzil sahibi olanların sevinci uzun
Sakinlərin üzləşdiyi bir çox problem hər gün yersiz əsəb gərginliyi yaşamalarına səbəb olur. Əraziyə işləyən sərnişin avtobusu çox anormal marşrut üzrə hərəkət edir. Şərq bazarı-Abşeron gənclər şəhərciyi marşrutu üzrə hərəkət edən avtobusa günün pik saatlarında yaxın düşmək olmur. İnterval uzunluğu, marşrtun istiqaməti 199 saylı avtobusda gün ərzində basabasa səbəb olur. Qeyd edək ki, sakinlərin problemləri yalnız marşrut ilə məhdudlaşmır. İndi keçək "Abşeron” gənclər şəhərciyində sakinlərin yaşadığı məşəqqətlərə.
Təxminən 10 ilddən artıqdır ki, Bakının yaxınlığında, Bakı-Sumqayıt yolunun kənarında "Akkord” yaşayış massivi salıb. Lakin salınan bu şəhərcikdə bir çox elementlər şirkətin, deyəsən, "yadından çıxıb”. 90 blokdan ibarət salınan şəhərcikdə istixananın tikilməməsini heç bir məntiqlə izah etmək mümkün deyil.
Bu şəhərcikdə cəmi iki binaya qaz verilib. Bu binalarda mənzil alan, 36 kv.m layihəli mənzilə sahib olanlar qaz verilməsinin sevincini yaşaya bilmir. Bu layihəli mənzillərə qaz verilməmisini sakinlərə təhlükəsizlik qaydalarına uyğun olmaması ilə izah edilir. Əgər sayğacları yalnız açıq sahədə quraşdırmaq vacibdirsə, o zaman "Akkord” bu mənzillərin layihəsini hansı qaydada təsdiq elətdirib? Balkonu olmayan mənzillərin tikintisinə Fövqəladə Hallar Nazirliyinin ekspertiza idarəsi necə rəy verib? Avropa.info-ya danışan sakinlər bu suala cavab verə bilmirlər.
Qarşıdan qış gəlir. Görünən isə budur ki, mənzilləri bu il də mərkəzi istilik sistemi ilə qızdırmaq mümkün olmayacaq. Cəmi iki binada qaz olduğundan sakinlər istilik problemini özləri həll ediblər. Yerdə qalan digər binaların sakinləri mənzillərini yalnız elektirk enerjisinin hesabına qızdırmaq varinatını seçiblər. Nəzərə alsaq ki, elektrik qızdırıcları ilə mənzilləri istiliklə təmin etmək hansı qiymətə başa gəlir, o zaman sakinlərin vəziyyətini anlamaq çətin deyil.
Onu da qeyd edək ki, Bakıda bir çox tikinti şirkətləri mənzilləri qazla təmin edə bilməyəndə həmin binalarda mənzil alan vətəndaşlar elektrik enerjisinə görə ödəmədə 50% güzəşt əldə edirlər. Soyuqlu havalarda mənzilləri elektrik enerjisi ilə qızdırmaq sakinlərə əlavə maddi problemlər yaradır.
Bir müddət əvvəl "Abşeron” gənclər şəhərciyinin sakinləri əraziyə qaz verilməməsinə etiraz olaraq, aksiya keçiriblər. Etiraz edən sakinlərə verilən məlumatda qeyd olunub ki, "Akkord”un "Azəriqaz”a 600 min manat borcu olduğundan bu problemi yaxın müddət ərzində həll etmək mümkün olmayacaq.
Sakinlərin Avropa.info-ya dediklərindən bir məsələ də ortaya çıxır. Sakinlər qeyd edir ki, mənzillərdə su sayğacı quraşdırılamsına baxmayaraq, bəzi mənzil sakinlərindən aylıq su sərfiyyatı üçün adambaşına 5 AZN su pulu yığılır. Təsəvvür edin, bu "məntiq”ə görə hər vətəndaş ayda 10 ton su "işlədir”.
Bütün bu sadalanan problemləri ümumiləşdirib suallarımızı "Akkord” şirkətlər qrupuna ünvanlayırıq. Ümid edirik ki, suallarımıza təfsilatı üzrə cavablar veriləcək.
1.”Abşeron” gənclər şəhərciyində mənzillərin pulunu tam şəkildə ödəmiş sakinlər niyə indiyədək mülkiyyət sənədi ala bilmir?
2.Bir ərazidə böyük bir şəhərcik salan "Akkord” şirkətlər qrupu nədən mənzilləri istiliklə təmin etmək üçün mərkəzi istilik sistemi quraşdırmayıb?
3. Şəhərcikdə iki binaya qaz verən şirkət, niyə 36 kv.m mənzillərə qaz verilməsindən imtina edib? Bu mənzillərə qaz verilməsi təhlükəsizlik qaydalarına ziddirsə, 36 kv.m-lik mənzillər niyə tikilib, bu mənzillərin tikinti layihəsinə hansı qaydada ekspertiza rəyi alınıb? Balkonsuz tikilən binalar təhlükəsizlik qaydalarına uyğun gəlmirsə, niyə tikilib? Bu mənzillər müştərilərə hansı prinsiplə satılıb?
4.Su sayğacları olduğu halda, su pulu ödənişi bəzi hallarda niyə sayğac göztəricilərinə uyğun deyil, bir nəfər üçün aylıq ümumi məbləğ olaraq, 5 AZN-dən alınır? Bir nəfərin bir ayda 10 ton su sərf etməsi mümkündürmü?
5. Yerdə qalan binaların qaz təchizatına nə zaman start veriləcək və bu iş hansı müddətə yekunlaşacaq?
6. "Akkord” şirkətlər qrupu sakinləri narahat edən bu problemi bütövlükdə hansı vaxta qədər həll etməyi planlaşdırır?
7. Mənzilləri elektrik enerjisi ilə qızdıran sakinlərdən elektrik sərfiyyatı üçün 50% güzəşt edə bilərmi? Çünki mənzillərin elektrik cihazları ilə qızdırılması sakinlərə çox baha başa gəlir.
Bütün bu suallara "Akkord” şirkətlər qrupundan cavab gözləyirik.