Qarğıdalı çubuqlarının istehsalı müəssisəsində nöqsanlar aşkar olundu - FOTO

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ev 75 ünvanında yerləşən, fiziki şəxs Tağıyev İsmayıl Afiq oğluna məxsus qarğıdalı çubuqlarının istehsalı müəssisəsinə baxış keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisədə sanitariya normaları və qaydalarının, həmçinin yeyinti məhsullarının istehsalı, saxlanması zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.






Oxşar Xəbərlər

Xəbər lenti