8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, bu barədə PressClub.Az-a alimin özü məlumat verib.
Qeyd edək ki, K.Məmmədov iyulun 29-da doğulduğu Borçalı mahalına gedərkən, Gürcüstan sərhədçiləri tərəfindən saxlanılaraq geri qaytarılıb. Heç bir səbəb göstərilmədən, onun Gürcüstana girişinin qadağan edildiyi bildirilib.
Alim bizimlə söhbətində bildirdi ki, hələ ki, Tovuzdadır, Azərbaycanın Gürcüstandakı səfirliyindən müraciətinə cavab gözləyir: "Bildiyim qədər səfirliyimiz Gürcüstanın Xarici İşlər Nazirliyinə mənim bu ölkəyə buraxılmamağımla bağlı sorğu göndərib. Görünür, nazirlik sorğuya, hələ ki, cavab verməyib. Ümidvaram ki anlaşılmazlıq aradan qalxacaq".
K.Məmmədov "Bir müddət "Borcalı" İctimai Birliyinin sədri olmusuz, ola bilərmi ki, Gürcüstana girişiniz buna görə qadağan edilib. Çünki birliyin əvvəlki sədri Zəlimxan Məmmədlini də, Borçalıya Gürcüstan tərəfi buraxmır" sualına cavabında, deyib ki, bunu istisna etmir: "Çünki dediyiniz kimi əvvəlki sədrin də, Gürcüstana girişi yasaqlanıb. Amma Zəlimxan bəylə bağlı səbəb göstərilmişdi. Mənimlə bağlı isə hansı səbəbdir, bilmirəm.
Ölkəyə buraxılmama səbəbi separatçılıq ola bilər ki, heç zaman mən separatçı çağırışlar etməmişəm, həmişə bu tip çağırışların əleyhinə olmuşam. Bütün beynəlxalq və yerli konfranslarda da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlarım olub. Bir il "Borçalı" İB-in sədri oldum, sonra da səhhətimlə və elmi işlərimlə bağlı istefa verdim. Sədr olduğum zaman isə Gürcüstanın əleyhinə təşkilat heç bir iş görməyib. Buna görə məsələ qaranlıq qalıb. Yəqin ki yaxın zamanda, hər şey aydınlaşacaq".