İcra Hakimiyyəti əhalini daşqından sözlə qoruyacaq - Görünəni budur...


Son günlər ölkə ərazisində, xüsusilə respublikanın şimal və qərb bölgələrdə havaların qeyri-sabit keçməsi və aramsız yağan yağış çayların sululuq səviyyəsinin atrmasına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti iyun ayının sonunadək qeyri-sabit hava şəraitinin davam edəcəyi haqqında məlumat yayıb.

Bununla bağlı qurumdan Kür çayı ərazisində yaşayan əhaliyə xəbərdarlıq ediliarb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva səhər saatlarında Kür Qıraqkəsəmən məntəqəsində çayın səviyyəsinin yarım metrdən artıq (53 sm) olduğunu deyib. Qurum rəsmisi daşqınların istisna edilmədiyini deyərək, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edib.

Eyni zamanda, yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsinin vacib olduğunu vurğulayıb.

Bununla bağlı adı çəkilən ərazidə təhlükəsizliyin təmin olunması baxımından hansı tədbirlərin görülməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Sozcu.info xəbər verir ki, rayon İcra Hakimiyyətindən Cebhe.info-ya hansı tədbirlərin görüldüyü açıqlanmayıb. Sadəcə bildirilib ki, bununla bağlı aidiyyəti qurumlar və əhali məlumatlandırılıb.

Ancaq əhalini gözləyən təhlükənin qarşısını almaq üçün görülən tədbirlərlə bağlı məlumat almaq mümkün olmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti