"Macara" otel qubalıların başına görün nə oyun açıb - VİDEO


Quba rayonunun 2- ci Nügədi kəndində 5 hektar sahəni əhatə edən “MACARA” istirahət mərkəzinin həmin ərazidə olan digər sahibkarlara ciddi problemlər yaratdığı, ətrafda olan “Bulaqdərə” su anbarına ciddi ziyan vurduğu haqda məlumatı yerində araşdırmaq üçün Azinforum.az İnformasiya Portalının çəkiliş qrupu həmin ərazidə olub.

Qeyd edək ki, “Macara” adlı istirahət kompleksinin Dövlət Neft Şirkətində çalışan Eldar Orucova məxsus olduğu bildirilir. Tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq tam gücü ilə fəaliyyət göstərir.
 

Məsələ ilə əlaqədar olaraq tikintinin yerləşdiyi ərazinin bələdiyyə sədri Babək Orucov mediaya açıqlamasında bunları deyib: “”Macara” istirahət kompleksinin mənim əmim oğlu, SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri olan Eldar Orucova heç bir aidyyyatı yoxdur. O kompleksi mən tikdirirəm”. Qeyd edək ki, Babək Orucov Eldar Orucovun doğma əmisi oğludur. Qiyməti 10 milyon manatdan çox olan lüks istirahət mərkəzinin hansı vəsaitlə inşa etdirilməsi sualına isə icra nümayəndəsi belə cavab verib:
“Mənim şəxsi təsərrüfatım var. Ordan qazandığım pullarla tikdirirəm istirahət mərkəzini”.
Qeyd edək ki, “Macara”nın bir hissəsini zəbt etdiyi göl Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır. Hazırda göl hasarlanaraq istirahət kompleksinin ərazisinə daxil edilib. Azinforum.az həmin ərazidən hazırlanan video və foto reportajı təqdim edir:

 



Oxşar Xəbərlər

Xəbər lenti