8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən gün Azərbaycanın aparıcı ödəniş sistemlərindən biri olan "E-manat" çöküb. Ödəniş terminallarının xidmətindən istifadə zamanı aparatların monitoru sönüb və işində çətinliklər yaranıb. Nəticədə terminala daxil edilən müxtəlif məbləğlərdə pul kütlələri sistemdə oturmayıb. Ötən gün xeyli sayda vətəndaş sözügedən terminalların xidmətindən istifadə zamanı analoji problemlə üzləşib.
Xüsusilə “Araz” supermarketlər şəbəkəsinin bir neçə filialındakı terminalların sistemində nasazlıq olduğu ortaya çıxıb. Əməliyyat zamanı terminalın monitorunun sönməsi, aparata daxil edilən pulun köçürüldüyü ünvana çatmaması, üstəlik “E-manat” rəsmilərinin yaranmış problemi araşdırıb 5 iş günündə həll edəcəklərinə dair cavabları problemlə qarşılaşan vətəndaşları özlərindən çıxarıb.
Narazı vətəndaşlar rəsmi qurumun operatorlarına məbləğin təcili köçürülməli olduğunu qeyd etsələr də, qarşı tərəfdən onlara araşdırmanın nəticəsindən asılı olaraq gözləmə mövqeyində olmaları məsləhət bilinib. Nəticədə vətəndaşlar bank, kommunal, rabitə, kredit və digər ödənişləri həyata keçirə bilməyiblər.Məsələ ilə bağlı “E- manat” terminalından Bizim.Media-ya mövqe bildirəcəkləri deyilsə də, qurum sorğumuza cavab vermək üçün geri dönüş etməyib. Qeyd edək ki, "E-manat" teminalları "Modenis" MMC-yə məxsusdur. \\Gundem.az