8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Prezidentinin 30 yanvar 2022-ci il Gəncəyə səfəri ərəfəsində şəhərin Zülfü Hacıyev küçəsində yerləşən dəmir yolu vağzalının sürət qatarı dayanan hissəsi istiqamətindəki xüsusi ərazidə şam ağaclarının əkildiyi, dövlət başçısının səfəri sona çatandan sonra ağacların çıxarılaraq aparıldığı barədə Rupor.az-a məlumat daxil olub.
Redaksiyanın əməkdaşı həmin ərazidə olub.
Fotolardan görünür ki, həqiqətən də həmin ərazidə ağaclar olub və sonradan çıxarılıb.
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən belə bir açıqlama verilib:
"Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ağaclar qeyd olunan əraziyə iddia edildiyi kimi, Prezident İlham Əliyevin səfəri zamanı deyil, daha əvvəl əkiliblər və müvafiq aqrotexniki qulluğun göstərilməsinə baxmayaraq, əraziyə uyğunlaşa bilməyiblər.
Prezident İlham Əliyevin səfəri zamanı qeyd edilən ərazidə ağac olmayıb. Bir neçə müddətdir burada olan təbii ot örtüyünün bərpası ilə bağlı işlər həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüftı İstehsalat Birliyinin “Gülçülük sahəsi” fəaliyyət göstərir. Burada müxtəlif növ ağac və gül kolları yetişdirilir ki, həmin bitkilər də mövsümə uyğun olaraq şəhərin park və xiyabanlarına, yol kənarlarında olan yaşıllıq zolaqlarına əkilirlər.ə Gəncə şəhər ərazisindəki yaşıllıq zolaqlarına heç bir halda zəif və qurumaqda olan ağaclar əkilmir.
Əlavə olaraq bildiririk ki, işğaldan azad edilmiş ərazilərə də MKTİB-in “Gülçülük sahəsi”ndə yetişdirilən çinar ağacları göndərilir. KİV nümayəndələrindən Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyətinə kölgə salmaq istəyən şəxslərin əsassız və qərəzli məlumatlarına inanmamaqlar xahiş olunur".