8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən gün Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanası ilə bağlı məlumatımızda qeyd etmişdik ki, tibb müəsissəsi ilə bağlı uzun müddətdir ölkə mətbuatında müxtəlif şikayətlər, problemlər dərc olunmasına baxmayaraq hələdə problemlər yerində qalmaqda davam edir.DİA.AZ_ın məlumatına görə, MilliYol.az-a daxil olan məlumatada bildirilirdi ki, Sabirabad Mərkəzi Xəstəxanasının baş direktoru Ənvər Lumanov tibb müəssisininin idarəsini xəstəxananın baş tibb bacısı Lalə Dadoşaya həvalə edib. Məhz baş direktorun Lalə Dadaşovaya verdiyi külli-ixtiyarı səlahiyyətlər o qədər genişdir ki, xəstəxananın baş həkimi İkram Allahverdiyev belə baş tibb bacısı ilə hesablaşmaq məcburiyyətində qalıb.Sabirabad Mərkəzi Xəstəxanası ilə bağlı MilliYol-a daxil olan bəzi ilginc məlumatları oxuculara təqdim edirik.Yeni məlumatlara əsaslanarsaq, deyə bilərik ki, baş direktor Ənvər Lumanovla, baş tibb bacısı Lalə Dadaşovanın və mühasib Rasim Vəliyevin iş birliyinin təməli COVİD-19 pandemiyasının başlanğıc dönəmində qoyulub. Xatıqladaq ki, 2020-ci ilin martından başlayaraq ölkənin bütün xəstəxanalarında, o cümlədən Sabirabad Xəstəxanasında da ciddi iş rejimi tətbiq edilmişdi. Koronvirus infeksiyasının qarşısının alinması məqsədilə vətəndaşlara vaksin dozalarının vurulması, həmçinin virusa yoluxan vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan tibb işçilərinə Nazirlər Kabineti yüksək məbləğdə əmək haqqının verilməsi haqqında qərar qəbul eləmişdi.Məlumata görə 2020-ci ildən 2021-ci ilin yarsına kimi Sabirabad Mərkəzi Xəstəxanasında koronavirus infeksiyasının qarşısının alınmasında iştirak edən tibb işçilərinin 80-ə yaxının əmək haqqısını Ənvər Lumanovla Lalə Dadaşova və Rasım Vəliyev mənimsəyib. Belə ki, xəstəxanadakı mənbə bildirir ki, Xəstəxanada çalışan 140 tibb işçisindən 60-70-i işə gəlib, qalanın isə adı olub özləri olmayıb. Yəni Ənvər Lumanov, baş tibb bacısı Lalə Dadaşova və mühasib Rasim Vəliyev 70-dən artıq "ölü can"ın pulunu mənimsəyib. Daha doğrusu o ağır zamanlarda bu üçlü büdcəni talan etməklə məşğul olublar.Qeyd edək ki,pandemiyanın kəskin dönəmində tibb işçilərinə koronavirus infeksiyasının qarşısının alınmasında iştirak etdikləri üçün bir il dörd ay ayda 1200-1400 manat əmək haqqı verilib. İddiaya görə Ənvər Lumanov, Lalə Dadaşova və Rasim Vəliyev pandemiya zamanı 1,5 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.Bundan başqa baş tibb bacısı Lalə Dadaşova koronavirus infeksiyası ilə bağlı vaksin vurulması zamanı vətəndaşlara saxta vaksin vurulması arayışının satışına nəzarət edirmiş. Hətta həmin vaxt Sabirabadda saxta arayış satan tibb işçilərindən biri hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmişdi. Ancaq Lumanovun çoxsaylı xahişindən sonra məsələ bağlanıb.Saytımıza verilən digər məlumatda isə qeyd olunur ki, hazırda Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Xəstəxanada fəaliyyət göstərən şöbələr hər ay baş direktora aylıq "hesab" verirlər. Bu hesabların yığılmasına və çatdırılmasına nəzarəti birbaşa baş tibb bacısı Lalə Dadaşova edir.Məlumatda qeyd edilir ki, hər ay doğum şöbəsindən 1500-2000 min manat, digər şöbələrdən isə xəstələrin sayına görə müxtəlif rəqəmli "hesab" alınır. Bundan başqa xəstəxanada fəaliyyət göstərən UZİ, Tomoqrafia və Rentgen aparatlarını işlədən həkimlərin hər ay ödəyəcəyi məbləğlər var. Həmçinin bir çox həkimlərdən üç aydan bir min manat hesab alındığı deyilir.Xəstəxanaya dövlət tərəfindən verilən bir çox dərman pereparatlarının satılmasını isə Sabirabad rayonunda bilməyən yoxdur. Şəkər iynəsi insulindən tutmuş hətta doğuş zaman bəzi qadınlara vurulmasına ehtiyyac olan "Antirezus" (roqonda deyilir) iynəsinə qədər pulsuz verilən dərmanlar müxtəlif apteklərdə satılır. Bildirilir ki, "Antirezus" iynəsini Lalə Dadaşova Saatlı rayonundakı apteklərdə satdırır. Qeyd edək ki, Lalə Dadaşova uzun müddət Saatlı rayonunda dərman satışı ilə məşğul olub.Bundan başqa Sabirabad Xəstəxanasının kənd xəstəxana və məntəqələrində adları olub özləri olmayan xadimələrin əmək haqqılarının bir hissəsidə Ənvər Lumanova çatır. Bu işə nəzarəti isə baş direktorun sağ əli olan Lalə Dadoşva ilə sol əli sayılan mühasib Rasim Vəliyev edir.İddia edilir ki, bir müddət öncə baş tibb bacısı Lalə Dadaşovanın Sabirabad xəstəxanasına gələn xəstələrlə açıq şəkildə rüşvət söhbəti eləməsi ilə bağlı auido səs yazısı yayılıb. Həmin səs yazısını Sabirabad rayonundakı oxucularımız bizə göndərəcəklərini deyirlər.Onu da qeyd edək ki, hər həftə Sabirabad Mərkəzi Xəstəxanasında baş tibb bacısı Lalə Dadoşa ilə müxtəlif işçilər arasında davalar olur. Bu dava-dalaşın səbəbi isə Lalə Dadaşovaya rüşvət verərək işə girən işçilərin pullarını geri istəməsi ilə bağlı olduğu deyilir. Misal olaraq bir neçə gün bundan öncə Gülsənəm adlı tibb işçisinin və İlahə adlı xadimənin Lalə Dadaşova ilə davaya çıxaraq pullarını gerı qaytarmalarını göstərmək olar.