8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhəri, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/50 ünvanında yaşayan Alışov Telman Camal oğlu rərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin saytımız vasitəsilə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova ünvanladığı müraciəti olduğu kimi dərc edirik:
“Yazıb sizə bildirirəm ki, 2008-ci ildən Almaniya Federativ Respublikasından aldığım “Volvo” FH 12 380 markalı, 99-OA-411 dövlət qeydiyat nişanlı yük avtomobilini idarə edirəm. Həmin müddətdən etibarən avtomobili hər il texniki baxışdan keçırmişəm. Bu müddətdə mənə avtomobilimin üzərində olan işıq faralarına görə irad bildirilməmişdir.
31.12.2022-ci il tarixdə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Saray qəsəbəsində yerləşən DYP postunda xidmət aparan YPX inspektoru avtomibilimi saxladı. O, avtomobilimə sistemdə həbs verildiyi, 16 manat 20 qəpik inzibati cəriməm olması haqda xəbərdarlıq etdi və cəriməni ödəməyimi tələb etdi. Mən cərmə məbləğini yerində ödəyib, qəbzi aldım.
03 yanvar 2023-cü ildə, saat 16:50 radələrində idarə etdiyim “Volvo” markalı yük avtomobili ilə Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Saray DYP postunda xidmət aparan YPX inspektoru İsgəndərov Şükür Telman oğlu mənə saxlama işarəsi verdiyi üçün maşını saxladım. Şükür İsgəndərov avtomobildə əlavə avadanlıq quraşdırıldığını bildirib, mənə 150 manat inzibati cərimə yazacağını dedi. Mən isə ona bildirdim ki, 2008-ci ildən həmin avtomobili Almaniyadan necə almışamsa, o vəziyyətdə idarə edirəm, texniki baxışdan keçərkən mənə avtomobilin üzərində olan əlavə işıqlara görə irad bildirilməmişdir.
Mən YPX inspektorunun xəbərdarlıq etməsindən sonra həmin faraları açıb götürdüm. Ona mənə inzibati cərimə yazmamasını bildirdim. Şükür İsgəndərov isə mənə dedi ki, 50 manat ver, protokol tərtib etməyim. Mən ona etiraz etdiyim üçün, protokol tərtib etmədən mənim barəmdə 03.01.2023-cü il tarixli TP 5481537 saylı qərarla İnzibati xətalar məcəlləsinin 342.5, 342.2 maddələri ilə 150 manat cərimə yazdı.
Əslində mən avtomobilin üzərində olan işıq faralarını açıb götürmüşdüm. Bu səbəbdən, mənə xəbərdarlıq verilməli idi. Şükür İsgəndərov məndən rüşvət tələb etdiyi, lakin ona pul vermədiyim üçün mənim barəmdə qərəzli olaraq cərimə yazmışdır. Onun barəsində şikayət edəcəyimi bildirdikdə, mənə dediki, “mənə hədə-qorxu gəlmə, hara istəyirsən get şikayət et”.
Sizdən xahiş edirəm, göstərilənləri nəzərə alaraq YPX inspektoru Şükür İsgəndərov barəsində qanuni tədbir görəsiniz və cərimə olunmağımla bağlı yazılmış 03.01.2023-cü il tarixli, TP 5481537 saylı inzibati tenbeh vermə haqqında qərarı ləğv edəsiz”.
Mövzu ilə əlaqədar DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Elşad Hacıyev mövzunun araşdırılacağını qeyd etdi.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.