Binəqədinin icra başçısına yeni rüşvət ittihamları - FOTOLAR, VİDEO

 

Fevralın 7-də Xaləddin İsgəndərovun "qucuları” qoca qadının evinə hücum edib; İctimai Nəzarət Koalisiyasının sədri icra başçısını rüsvay etdi: "Sizi bu qədər rüşvətxor bilməzdik”

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qoçu dəstələri saxlaması, dəstələrdə təmsil olunan şəxslərin kimliyi, harada, hansı vəzifələrdə çalışdıqları haqda mətbuatda kifayət qədər məlumat yayılıb. Amma müvafiq orqanlar icra başçısının dəstələrində olanlara qarşı tədbir görməyə tələsmirlər. Bu dəstələrdə olanlar da cəzasızlıq mühitindən vətəndaşlara qarşı qanunsuzluqlarını davam etdirməklə yararlanırlar. Fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar.

 

Rasim Məmmədov deyir ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. R.Məmmədov bildirir ki, vətəndaş bundan sonra İctimai Nəzarət Koalisiyasına müraciət edib. Koalisiya rəsmiləri vətəndaşın əlindəki sənədlərə baxıblar.

 

Müəyyən ediblər ki, sənədlər cənab prezidentin sərəncamına uyğundur və yeni qanuna uyğun olaraq vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinə sərəncamı, eskizi və digər zəruri sənədləri təqdim edib. Tikinti aparılmasına razılıq verilməsi üçün qanuna müvafiq qaydada 1 ay gözləyiblər. Bundan sonra tikintiyə başlayıblar. R.Məmmədov qeyd edir ki, vətəndaş torpağı bələdiyyədən alıb və bundan sonra Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməklə torpağa dair sərəncam alıb. Sərəncamı alandan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin tövsiyəsi ilə kanalizasiya və digər kommunikasiya vasitələri ilə bağlı da addımlar atıblar. Bundan sonra ahıl yaşda olan qadınla yeganə oğlu torpağı şəxsi mülkiyyətlərinə çeviriblər. Eskiz çəkdirib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova müraciət ediblər. Bundan sonra onun qoçuları - Biləcəri İcra Nümayəndəliyində işlədiyini iddia edən Rəfael adlı, 40-45 yaşlı şəxs qoçularla gələrək vətəndaşın hasarını dağıdıb.

R.Məmmədov Xaləddin İsgəndərova müraciətlə deyir:"Xaləddin İsgəndərov, mən sizə müraciət etdim, siz məni aldatdınız. Vətəndaşın pis vəziyyətdə qaldığını görüb Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etdim. Hacıbala Abutalıbov vəziyyəti görən kimi qoca ananın ərizəsinin üzərinə ”Hörmətli Xaləddin müəllim, xahiş edirik qanun çərçivəsində həll edin" dərkənarını yazdı. Ahıl ana həmin ərizəni evinə gələn Rəfailə göstərib. Rəfael isə deyib ki, sənəd saxtadır, Hacıbala müəllim belə şey yazmaz".

 

R.Məmmədov sual edir:"Hacıbala Abutalıbovun imzasını tanımayan bir insan burada quldur kimi rüşvət toplayır, camaatın evini uçurur. Ölkə başçısı korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apardığı bir vaxtda, vətəndaşları birgə mübarizəyə çağırdığı bir vaxtda Xaləddin İsgəndərov, Fazil Məmmədovun qohumu buranı dağıtdırır. Xalqını, dövlətini, prezidentini sevən insanlara müraciət edirəm. Bu yaşlı ananın ahı onları tutacaq. Bu ərazidə yaşayanlaırn hər biri bilir ki, bu ana-balanın bura şəxsi mülkiyyətləridir. Xaləddin müəllim, biz sizi bu qədər rüşvətxor bilməzdik. Bu xanımın vicdanı və namusu var, sənin isə tamahın böyükdür”.

 

R.Məmmədov Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolunda, Avtovağzalın yaxınlığında "Evim” restoranı tikdirdiyini də diqqətə çatdırıb. Deyib ki, həmin restoran gediş-gəlişə mane olur, ərazidə tikinti aparmaq belə təhlükəlidir:"Özün orada tikinti aparmısan, bu kasıb ailənin 3 sot yarımlıq torpağında qanuni şəkildə tikinti aparmağa isə icazə vermirsən. Əgər sən prezidenti sevən başçı olsaydın, vətəndaşa sement göndərərdin, prezident seçkisi qabağı narazılıq yaratmazdın”.

 

R.Məmmədov yaşlı qadının əlindən öpür, onun əllərindəki qabarları göstərək deyir: "Bu xanımın əl qabarları Xaləddin İsgəndərovu kor qoyacaq”.

 

Koalisiya sədri ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edib/Yeni Müsavat

 

 
VIDEO
 
 



Oxşar Xəbərlər

Xəbər lenti