Vergilər Nazirliyi supermarketlərdə yoxlamalara başladı

Vergilər Nazirliyi supermarketlərdə yoxlamalara başladıVergilər Nazirliyi Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən olan "Neptun"da yoxlamalara başlayıb.

Mağazanın nazirliyə təqdim etdiyi hesabatlardakı rəqəmlərlə real rəqəmlərin üst-üstə düşmədiyi ilə bağlı şübhələr olduğundan Vergilər Nazirliyi yoxlamalarla bağlı qərar qəbul edib.

Kassalardan bəziləri götürülüb. Nazirliyin əməkdaşları dünəndən başlayaraq mağazada təftiş aparırlar. Belə ki, onlar gündəlik satışın həcmini müəyyən etmək üçün "Neptun"da kassaların yanında müşahidələr aparırlar.

Mağaza rəhbərliyi isə satışın həcminin təqdim olunan hesabatlarla uyğun gəlməsi üçün bəzi bölmələri bağlayıb. Gecə saat 24-ə və hətta 24 saat işləyən bəzi filiallar dünən 21:00-da bağlanıb.

Mağaza rəhbərliyi həmçinin bəzi əməkdaşlarına bir neçə günlük işə çıxmamaq göstərişi verib


Oxşar Xəbərlər

Xəbər lenti