Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Ötən ilin avqust ayının 1-də Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri korrupsiya əməlinə görə, daha dəqiq desək, vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Həmin tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun ölkədən çıxdığı bildirilmişdi. Belə ki, Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri saxlanılarkən icra başçısının xaricdə olduğu sosial şəbəkələrdə qeyd olunmuşdu. İcra başçısının xəbəri olanda ki, rayonda korrupsiya əməliyyat keçirilib, dərhal "Mənim rüşvət alan memardan xəbərim yoxdur", deyə məsələyə reaksiya verib. Bəli, o,dedi biz də inandıq.
Son zamanlar Tərtər rayon sakini, Qarabağ qazisi Elvin İsmayılzadə sosial şəbəkələrdə, Tərtər rayon icra başçısı Müstəqim Məmmədov haqqında video görüntülər yayımlayaraq onun adına Yeni Azərbaycan Partiyasının binasının yerində özünə yaşayış evi tikdirməsi, digər obyektlərin ailə üzvünün adına olması haqqında məlumat verib. Bundan başqa, Qarabağ qazisi cənab prezident İlham Əliyevdən kömək istəyərək, Tərtər rayonundakı haqsızlığın qarşısının alınmasını xahiş edib.
Hurriyyet.az