Juranlistin anasının ölümündə ittiham etdiyi həkim İlham Hüseyn keçmiş icra başçısı imiş


Anam Bahar Qasimova "İstanbul NS Klinikasi Baku"dan sistem köçürülməsi üçün "Stimul Hospital"a gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi.

Hurriyyet.az xəbər verir ki, bunu anasının həkim xətası üzündən dünyasını dəyişdiyini deyən jurnalist Fərahim İlqaroğlu yazıb. Onun sözlərinə görə, anası sistem köçürülərkən qəfil vəfat edib: "Srimul Hospital"a gedərkən, tibb bacısı Mələk Abbasovaya (ya da Məleykə, adını tam xatırlamıram) deyib ki, qızım, qızdırmam var, bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər. Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq. Bununla bağlı video da var. Qonşumuz deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxartdılar.
İlham Hüseyn atama deyib ki, xanımız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İlham Hüseyn hospitalda olub".
Qeyd edək ki, F.İlqaroğlunun anası Bahar Qaxımovanın vəfatı ilə bağlı artıq prokurorluq orqanlarında iş qaldırılıb, məsələ araşdırılır.
AFN.az xəbər verir ki, B.Qasımovanın ölümündə ittiham olunan həkim İlham Hüseyn Zəngilan rayonunun icra başçısı işləyib. Onun adı bir müddət əvvəl Ay Partiyanın sədri Anar Əsədli ilə borc qalmaqalında hallanırdı. İ.Hüseyn A.Əsədliyə 10 min manat borca pul verdiyini, qaytarmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirmişdi. Onu da qeyd edık ki, axırıncı parlament seçkilərində İlham Hüseyn Anar Əsədlinin seçki qərargahının rəhbəri olub.

AFN.az



Oxşar Xəbərlər

Xəbər lenti