Şəhid oğlu "SOCAR"-dan iş istədi, "vakansiya yoxdur" dedilər - MÜRACİƏT


Sumqayıt şəhəri, "Məcburi köçkünlər" qəsəbəsi, ev 10, mənzil 10-da yaşayan Səfəralıyev Adil Səfəralı oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə iş üçün “SOCAR Polymer” şirkətinə müraciət edir:

“Mən, Səfəralıyev Adil Səfəralı oğlu, yazaraq bildirirəm ki, şəhid oğluyam və müharibə veteranıyam.

2022-ci ildən “SOCAR Polymer” şirkətində işə qəbul olmaq üçün müraciət etmişəm. Lakin hələ mənə uyğun iş olmadığını bildirirlər.

Dəfələrlə “SOCAR” şirkətinin prezidenti Rövşən Nəcəfə ərizə ilə müraciət etmişəm. Rəhbərlik tərəfindən zavoda dəvət olunmuş, sorğu-sual edilmişəm. Bildirdilər ki, tezliklə mühafizəçi kimi işə dəvət olunacaqsınız. 3 gün keçəndən sonra isə evə məktub gəldi ki, sizə uyğun vakansiya yoxdur.

Bu günə kimi işsizəm, 80 manat veteran pulu ilə dolanıram. 2 övlad atasıyam. Övladım ali təhsilini bitirib, hərbi xidmətdədir. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Xahiş edirəm, mənə zavodda istənilən bir iş verilsin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti