Dünən, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edib.Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 %), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 %) çoxdur.Qeyd edək ki, ət idxalı davamlı xarakter alıb. Hazırda ətin qiyməti nəinki paytaxtda, bölgələrdə bahalaşmağa davam edir. Qarşıdakı fəsildə isə yay məhsulları tükənəcək. Bu isə onu göstərir ki, vətəndaşlar əsasən ət almaq məcburiyyətində qalsalar da, buna maddi imkan çatmayacaq.Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, hazırda bu sahədə mövcud problemlər aparılan yalnış siyasətlə bağlıdır:“Bu, Kənd Təsərrüfatı Nazirliyində bu sahəni bilməyənlərin çalışması hesabına olur. 100 min hektar örüş sahəsi fermerlərin əlindən alındı.Məsələn, Ceyrahçöldən başlamış Haramı düzünə qədər min illərdir ki, heyvandarlıq üçün münbit otlaq sahələri olub. Yovşanlıq elədir ki, 100 ilə bərpa olunmur. Sovet dövründə 1 hektar yovşanlığı şumlayan şəxsə 3 il həbs cəzası verirdilər. O sahələri də əhalinin əlindən aldılar.Bunun da nəticəsində xırdabuynuzlu heyvanlarda 1 milyondan yuxarı, iribuynuzlu heyvanlarda 130 mindən yuxarı azalma var. Ölkədə 50-dən artıq aqropark bələdiyyə torpaqlarında, örüş sahələrində yaradılıb.Hamısı da 700-800 hektar ərazini əhatə edir. Bu gün faktiki heyvandarlıq üçün heç bir şərait yoxdur. Ona görə də gündən-günə ətlə təminatda xaricdən asılılığımız artacaq. Hələ ən yaxşı vaxt indidir. Eləcə də otlaq sahələrinin suvarılması üçün fermerlərə su verilmədi. Hökumətə isə hesabat verilir ki, 200 min hektara yaxın örüş sahəsi əkinə qaytarılıb.Üstəlik, Azərbaycanda meliorasiya işi ağır vəziyyətdədir”.Ekspert bildirib ki, Cənubi Qafqazda ən az şirin su ehtiyatı Azərbaycandadır:“Yəni olan əkin sahələrinin suvarılması potensialı da yox idi. Bəs əkinə qaytarılan sahələr hansı mənbələr hesabına suvarılacaq? Həm o sahələr, həm heyvandarlıq “şikəst” oldu. Heç bir hesabatlılıq yoxdur. Nəticələr göz qabağındadır. Kənd təsərrüfatı da batmaqda davam edir. Bərəkətli torpaqlarımız işğaldan azad edildi. Əslində nəticə yüksək olmalı idi”.Ekspertin fikrincə, bahalaşma davam edəcək:“Əgər fermerin örüş sahəsi yoxdursa, heyvan saxlaya bilərmi? Əhalinin 42 faizindən çoxu kənd təsərrüfatı ilə məşğul olur. Kənd təsərrüfatı nazirinin səlahiyyətləri də, fəaliyyəti də çox olmalıdır, çünki Azərbaycanın böyük bir hissəsi aqrar sahəyə bağlıdır. Bu gün meliorasiyanı, qidanı, baytarlığı nazirliyin əlindən alıblar. Əgər tədbirlər görülməsə, vəziyyət daha da ağırlaşa bilər”.