Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya:"Problemlərin miqyası hədsiz çox idi..."

Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya:"Problemlərin miqyası hədsiz çox idi..."

 

"Artur Rasi-zadə üçün bir vaxtlar Mircəfər Bağırovun əyləşdiyi kabinetdə sinir deformasiyalarına uğramadan qalmaq çox böyük məharət tələb edirdi. O, fərqli bir epoxanın yetişdirməsiydi. Rasi-zadə 90-cı illərin qeyri-sabit Azərbaycanında əsl tapıntıydı”.

Bu sözləri Milli Məclisin üzvü Zahid Oruc yeni baş nazir təyinatı, hökumətin təzə tərkibi barədə "Yeni Müsavat” qəzetinə verdiyi geni açıqlamada bildirib.

Z.Orucun sözlərinə görə, Artur Rasizadə heç vaxt özünə piar-menecerləri tutmadan uzun illər ağır informasiya atəşlərinin altında dövlətə ləyaqətlə xidmət edib:

"Sovet dövrünün karyera pilləkənləri ilə irəliləməklə indiki kəskin sıçrayışlı zirvə fəthlərini və ya dərəyə yuvarlanmalarını eyni səviyyədə götürmək olmaz. Çünki əvvəlki baş nazirlərdən fərqli olaraq, o, hansı miqyasda liderin sərəncamı altında işlədiyini yaxşı bilirdi”.

A.Rasizadəyə dil qüsuru tutanlara da münasibət bildirən Z.Oruc əlavə edib ki, hətta yerli dili bilməyən minlərə şəxsin ən müxtəlif ranqlarda dövlətinə xidmət nümunələri var:

"Rasizadəyə dil qüsuru tutanlar vəsf etdikləri müasir Ukrayna inqilabının nəticəsində üç nazirin legioner olduğunu unudurlar. Kiyev hökumətində səhiyyə, maliyyə və iqtisadiyyata rəhbərlik edən şəxslərə Poroşenko yalnız vəzifə verən vaxt onların vətəndaşlıq məsələsi yada düşdü. Gerçəkdə dünya tarixində fərqli millətlərin, hətta yerli dili bilməyən minlərə şəxsin ən müxtəlif ranqlarda dövlətinə xidmət nümunələri var. Məhəlli patriotluq bizə zərbə vurur. Amerikanı güclü edən fərdlərdir”.

Yeni hökumətin tərkibinə daxil olan ən uğurlu təyinatlardan hesab edilən İnam Kərimovla bağlı danışan Z.Oruc bildirib ki, yeni nazir Qərbin qabaqcıl metodlarını da tətbiq edəcək:

"Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun yetərincə güclü maliyyəçi olduğuna rəğmən, hələ Hesablama Palatasından tərpədildiyi vaxtlarda onun üçün çətin olacağına şübhəm yox idi. O, bölgələrə gedən və müxtəlif sektorlarda daxili istehsalı gücləndirməyə çalışan bir nazir olsa da, problemlərin miqyası hədsiz çox idi.

Yeni nazir ölkənin bir nömrəli brendinə çevrilən ASAN platformasından sonra çox məsuliyyətli bir sahəyə qədəm qoyduğunu yaxşı bilir. Neft məstliyi arxada qalıb. Ona görə də kəndi şəhərin alternativinə çevirərək yaxşı innovasiyaları tətbiq etmək üçün İnam Kərimovun böyük potensialı və xəyal dünyasının olduğuna şübhə etmirəm.

O, Qərbin təkcə texnikasını deyil, həmçinin işgüzarlığını və qabaqcıl metodlarını da rəhbərlik edəcəyi qurumda tətbiq etməyi bacaracaq”.



Oxşar Xəbərlər

Xəbər lenti