17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 108,3 milyon manat ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% azdır.
Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,1% artaraq 156,1 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9% azalaraq 60 milyon manata düşüb.
Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 47,8% azalaraq 60 milyon manat olub