11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Sozcu.info xəbər verir ki, "Qazprom” idarə heyətinin başçısı Viktor Zubkov Rusiya qazını Almaniyaya nəql edəcək "Şimal Axını-2” təbii qaz boru xəttinin inşaatının təqribən bir ay sonra tamamlana biləcəyini bildirib.
Danimarkanın layihənin öz torpaqlarından keçməsi üçün icazə verməyəcəyi təqdirdə belə inşaatın davam edəcəyini bildirən Zubkov deyib: "Əgər Danimarkadan icazə almasaq, neytral suların altından boru çəkməyə davam edəcəyik. Yaxın 4-5 həftə ərzində işlərimiz tamamlana bilər, lakin dekabr ayının sonuna qədər vaxtımız var, buna görə də tələsmirik”.
Ümumi dəyəri 10 milyard avro civarında olması gözlənilərn "Şimal Axını-2” layihəsinin vasitəsi ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizinin üzərindən keçərək Almaniyaya nəql edilməsi planlaşdırılır.
ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələr bu layihənin inşasına qarşı çıxırlar.