Fikrət Yusifov : "On altı illik gərgin əməyin uğurları"

 

Son on altı ildə Azərbaycanın iqtisadi müstəvidə əldə etdiyi nailiyyətlər müstəqilliyinə yeni qovuşmuş bir dövlətin bənzəri olmayan uğurudur. Bu uğurun təməl daşını Ulu Öndər Heydər Əliyev 90-cı illərin əvvəllərində qoydu. Güclü dövlətin güclü iqtisadiyyatı olmalıdır məntiqinə söykənən Ulu Öndər, Azərbaycanda dövlət çevrlişi cəhdlərinin səngimədiyi bir dönəmdə, beynəlxalq kapitalın ölkəmizə tərəddüdsüz axınına yol açan "Əsrin Kontraktı”nı ərəsəyə gətirdi və bununla da Azərbaycan iqtisadiyyatının sonrakı uğurlarının fundamental əsaslarını formalaşdırmış oldu.

Ulu Öndərin müəyyənləşdirdiyi bu yolun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında yaşayıb yaradan Azərbaycan bu gün nümunəvi inkişaf yolunu sürətlə keçməkdə davam edən bir dövlət kimi dünyanın hər yerində öz sözünü deyə biləcək qədər qüdrətli ola bilib. Bu günkü Azərbaycanla hesablaşmamaq mümkün deyil. Son illər ərzində aparılan ciddi islahatlar, bu islahatlar nəticəsində əldə edilmiş bənzərsiz uğurlar və reallaşdırılan Transmilli layihələr bütün dünyanın diqqətini Azərbaycana yönəldə bilib. Azərbaycanın bütün bu uğurlarının müəllifi onun qətiyyətli Prezidenti İlham Əliyevdir. İlham Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti ilə ərəsəyə gəlmiş XXI əsrin ən böyük enerji layihəsi - Cənub Qaz Dəhlizi layihəsi isə Onun şah əsəridir.

Bu uğurları həzm etmək qabiliyyətində olmayıb, kənardan su bulandırmaq istəyənlər son on altı ildə məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların bir qismini görsünlər və bilsinlər ki, onların səsini qapatmaq üçün Prezidentin bir sözü yetərlidir. Ancaq O, bunu etmir. Çünki O, belələrinə boş danışıqlarına məhşur "karvan keçər” prizmasından yanaşıraq, onlara Azərbaycan adlı karvanını daha ucalara daşımaqla cavab verir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox böyüməsi, onun Ümumi Daxili Məhsulunun 2004-cü ildəki 8,5 milyard manatdan 80,0 milyard manata qədər artması, iqtisadiyyatın güzgüsü olan Dövlət büdcəsinin xərclərinin 18 dəfə artaraq 1,5 milyard manatdan 27,0 milyard manata yüksəlməsi hansı halda mümkün ola bilərdi? Bu illər ərzində Azərbaycanın əldə etdiyi uğurları sadalamaqla bitməz. Ancaq iqtisadiyyatın ümumi durumunu xarakterizə edən bu bir neçə göstərici yetərlidir ki, son 16 ildə digər sahələrdə də əldə olunan uğurlara qiymət verilsin.

Son 16 ildə Azərbaycan yenidən qurulub, müasirləşib və bu gün bütün əasas göstəriciləri ilə beynəlxalq standartlara doğru sürətlə irəliləyir. Hədəf Azərbaycanı yaxın illər ərzində inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına daşımaqdır. Azərbaycan Prezidenti bu yüksək vəzifəni ən layiqli bir səviyyədə yerinə yetirir. Onun gərgin əməyi və qətiyyətli islahatları bu hədəfi daha da yaxınlaşdırır. Aparılan islahatları, bütün sahələrdə görülən işləri şəxsi nəzarətdə saxlamaq və hətta bir rayonda pambığın məhsuldarlığının bir qədər aşağı olması üçün belə narahatlıq ifadə etmək İlham Əliyevin Azərbaycan naminə heç nəyi əsirgəməmək məramından irəli gəlir. Onun rəhbərliyi altında son 4 il ərzində aqrar sektorda aparılan uğurlu islahatların nəticəsində ölkədə pambıq istehsalı 35 min tondan 294 min tona, barama istehsalının 200 kiloqramdan 641 tona çata bildi. Kimsə bunu görməzdən gəlmək istəsə də bu uğurları hər bir Azərbaycan vətəndaşı və bütün dünya görür...



Oxşar Xəbərlər

Xəbər lenti