24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Sozcu.info xəbər verir ki, bu barədə Qazaxıstan energetika naziri Nurlan Noğayev jurnalistlərə bildirib.
O deyib: "OPEC-in azaltmağa, saxlamağa, qarşılıqlı fəaliyyətə dair sövdələşməsinin nə qədər səmərəli olduğunu gördük. OPEC sövdələşməsi rəsmi olaraq martın 31-dək qüvvədə olsa da, ayın 18-də texniki komissiyanın iclasında yəqin ki, sonrakı işlər müzakirə olunacaq”.
Qazaxıstanlı nazir sözügedən iclasda Energetika Nazirliyinin Departament direktoru səviyyəsində təmsil olunacaqlarını bildirib: "Orada razılaşmanı uzatmaq, yaxud dayandırmaq söhbəti olmayacaq, cari məsələlər, qərar hazırlığı müzakirə olunacaq”.
Nazir həmçinin 2020-ci ildə hasilat planına olduğu kimi, əməl edəcəklərini də qeyd edib.
Qeyd edək ki, yanvar ayında Qazaxıstan Baş naziri Əsgər Mamin bu ildə 90 milyon ton neft hasilatı nəzərdə tutduqlarını bildirmişdi. 2019-cu ildə ölkədə 90,5 milyon ton neft hasil edilmişdi.