Rüsumların dəyişməsi nəticəsində büdcəyə daxil olacaq vəsaitin məbləği açıqlanıb

Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində daxil olacaq əlavə vəsaitin təqribi məbləği açıqlanıb.
Sozcu.info-un xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.


Oxşar Xəbərlər

Xəbər lenti