Konqres sədri Gürcüstan rəsmiləri ilə görüşlərə başlayıb

 

Konqres sədri Gürcüstan rəsmiləri ilə görüşlərə başlayıb

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüş keçirib. Nazir müavini Liya Qiqaurinin də iştirak etdiyi görüşdə Əli Babayev ermənilərin Azərbaycana və Gürcüstana qarşı terrorçuluq və separatçılıq hərəkətlərinin ifşa edilməsi ilə bağlı rəhbərlik etdiyi təşkilatın gördüyü işlər haqqında məlumat verib. GAMK sədri Əli Babayevin ermənilərin Cənubi Qafqazdakı pozuculuq fəaliyyəti ilə bağlı təqdim etdiyi sənəd və foto materallar ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulmasını Azərbaycan və Gürcüstanda yaşayan soydaşlarmızın etirazlarına səbəb olmasını söyləyib. Daha sonra GAMK sədri Əli Babayev azərbaycanlıların təhsil almaq və dövlət qulluğuna qəbul olunmaqla bağlı üzləşdkləri problemlərin həlli istiqamətində müzakirələr aparıb. Əli Babayev Gürcüstan rəsmiləri ilə görüşlərini bundan sonra da davam etdirmək niyyətindədir. O qeyd edib ki, yaxın günlərdə Gürcüstanın Daxili İşlər və Təhsil nazirləri ilə görüş keçirməyi planlaşdırır.

 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti