8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanda həbsdə olan ölkənin keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azad olunandan sonra siyasi fəaliyyətini davam etdirəcək.
Bu barədə onun vəkili Giorgi Çiviaşvili "Kviris palitra” qəzetinə bildirib.
Vəkil V.Merabişvilinin hansı siyasi partiyaya qoşulacağını bilmədiyini deyib: "Fevralın 20-də Vano Merabişvilinin həbs müddəti başa çatacaq və o, azadlığa buraxılacaq. Vano Merabişvili sözsüz ki, siyasi fəaliyyətini davam etdirəcək. Lakin mən onun harada, necə və kimlə fəaliyyət göstərəcəyini bilmirəm”.
Qeyd edək ki, V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub. O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub. (report)