“Heç kəs Dağlıq Qarabağdakı böhranın böyüməsində maraqlı deyil” - Putin

Heç kəs Dağlıq Qarabağda böhranın daha da böyüməsində maraqlı deyil”.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin onlayn brifinq zamanı deyib.
“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil” – Rusiya lideri deyib.
Onun sözlərinə görə, hələ də infrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər qalır: “İndi bunun üzərində iş gedir, üçtərəfli işçi qrup yaradılıb. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəyik”.


Oxşar Xəbərlər

Xəbər lenti