Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Mişa”nı aldatdılar - Saakaşvili niyə inqilab edə bilmədi...
Sabiq prezident Gürcüstana təzyiq tələbi ilə Baydenə açıq məktub göndərib; ekspertlərin fikrincə, ABŞ Saakaşvili vasitəsilə Tiflisə təzyiq göstərdi və istəyinə müəyyən qədər də nail oldu, Qərb onu tək qoymayacaq, azadlığa çıxaracaq
Deyəsən, gürcü xalqının “Yusif Sərracı”nı bu dəfə aldadıblar. Ölkəsinə qanuni idarəçilik, demokratik mühit, islahatlar, demək olar ki, rüşvətsiz həyat gətirən keçmiş prezident Mixail Saakaşvili indi vətənində siyasi məhbus ömrünü yaşamaqdadır. Sozcu.info bildirir ki, onun illər sonra Gürcüstana qayıdışı, sonra həbs edilməsi təsadüfi hesab olunmurdu. “Mişa”nın tərəfdarları ilə ölkədə hakimiyyət dəyişikliyinə nail olacağına gözləntilər varıydı və elə Qərbdəki dəstəkçilərindən də bu təlimatı alaraq vətənə qayıtdığı, əl-qolunu sallayıb öz ayağı ilə boş yerə türməyə girmədiyi təsəvvürü yaranmışdı.
Lakin ötən zaman, keçirilən son seçkilərin nəticələri belə qənaətə gəlməyə əsas verir ki, nə Saakaşvilinin hakimiyyətə müqavimət göstərməyə lazımi qədər gücü var, nə müxalifət inqilab etmək iqtidarındadır. Hətta keçirilən mitinqlər də nəticə vermir və nə sabiq prezidenti azad edirlər, nə Amerikadan, Avropadan gələn çağırışlara iqtidar əməl edir. Sadəcə, görünür ki, Saakaşvilini odun ağzına atıblar və “aldanmış kəvakib”ə çeviriblər.
Yeri gəlmişkən, keçmiş prezident artıq ABŞ lideri Co Bayden administrasiyasına açıq məktub göndərərək, Gürcüstan hakimiyyətini qınamağa və demokratiyadan geri çəkilməsini dayandırmaq üçün Tiflisə təzyiq göstərməyə çağırıb. Saakaşvili oktyabrdan həbsdədir və 50 gündür keçirdiyi aclıq aksiyasını təzə dayandırıb. Onun Baydenə məktubu Amerikanın “Politico” jurnalında dərc olunub. Sabiq prezident yazıb ki, o, əvvəllər qiyabi məhkum olunduğu ittihamları siyasi motivli hesab edir. O, son illərdə hakim “Gürcü arzusu” partiyasının “məhkəmə sistemi və bir çox dövlət və qeyri-dövlət mediası üzərində nəzarəti gücləndirdiyini, korrupsiyanın çiçəklənməsinə imkan verdiyini, seçkiləri manipulyasiya edərək ölkəni Putin Rusiyası ilə yaxınlaşmağa sövq etdiyini” yazıb.
Saakaşvili hesab edir ki, Gürcüstanın hazırkı hakimiyyəti NATO üzvlüyünə doğru irəliləmək üçün istənilən praktiki səyləri dayandırıb. “Bu gün mən onun administrasiyasını ciddi təhlükə altında olan gənc demokratiyamıza dəstək vermək üçün üzərinə düşəni etməyə çağırıram”. Saakaşvili onun həbsxanada rəftarını “qeyri-insani” hesab edən Avropa Parlamentinin deputatlarına istinad edərək yazıb ki, ABŞ Konqresi Qlobal Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqini də nəzərdən keçirməlidir. Rəsmi Vaşinqton indiyədək Saakaşvilinin həbsi və aclıq aksiyası ətrafında baş verənlərə təmkinlə reaksiya verib, rəsmi Tiflisi keçmiş prezidentlə humanist rəftar etməyə, onun məhkəmədə ədalətli mühakimə olunmaq hüququnun qorunmasına çağırsa da, maraqlıdır ki, Gürcüstanı qınamaqdan çəkinib. Yaxşı, ABŞ, onun prezidenti Saakaşvilini türmədən çıxara biləcəkmi? Onu xilas edə biləcəkmi?
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a qeyd etdi ki, Saakaşvili Amerikanın yetişdirdiyi kadrdır. Onun fikrincə, “Mişa” hakimiyyətdə olduğu dövrdə özünü gürcü xalqının prezidenti deyil, Amerikanın səfiri kimi aparırdı:
“Sonra onu Ukraynaya göndərdilər və yeni proyekt reallaşdırmaq istədilər, amma alınmadı. Amerika Gürcüstanın NATO-ya inteqrasiyasını və öz qoşunlarının bölgəyə gəlməsini istəyir, bu da Rusiyaya təhdid kimi qiymətləndirilir. Amerika bu məsələdə vaxtilə Saakaşvilidən yaxşı istifadə etdi”.
Siyasi şərhçi hesab edir ki, Rusiya-Gürcüstan münasibətlərinin yaxşılaşması gürcü xalqı və dövləti üçün vacibdir:
“İndiki hakimiyyətin bəzi addımları Vaşinqtonun maraqlarına uyğun gəlmirdi. Ona görə Qərb Saakaşvilini Tiflisə göndərməklə inqilab edəcəyini hesablamışdı. Sabiq prezident yaxşı bilirdi ki, ölkəsinə gələn kimi onu həbs edəcəklər. Ancaq özbaşına gəlməmişdi, tapşırıq var idi. Hazırda onun tərəfdarları hakimiyyətə ciddi şəkildə təzyiq edirlər. Bu prosesdə Amerikanın Gürcüstandan istədiyi üç tələb var: 3+3 formatına mane olmaq, Rusiyanın və Türkiyənin Cənubi Qafqazda mövqeyini neytrallaşdırmaq, Amerikanın təsirlərini artırmaq... O baxımdan iqtidara ciddi təzyiqlər var. ABŞ Saakaşvili vasitəsilə Tiflisə təzyiq göstərdi və buna müəyyən qədər də nail oldu, faktiki Gürcüstan 3+3 formatına qatılmaqdan imtina edir”. Politoloq yada saldı ki, 2008-ci ildə 5 günlük müharibədə də Saakaşvili çətinə düşmüşdü: “Qərbə demişdi ki, məni tək qoydunuz, indi də sıxıntı içindədir və yenə Baydenə müraciət edir. Məncə, Amerika öz kadrını tək qoymayacaq və təzyiqləri artıracaq ki, azadlığa çıxsın”.
Ramiyə Məmmədova
Siyasi təhlilçi Ramiyə Məmmədova Saakaşvilinin uzun müddət həbsdə qalacağını gözləmir. Onun fikrincə, Qərb və ABŞ-ın Qaribaşvili hökumətinə təzyiq etmək üçün əlində kifayət qədər resurs var:
“Məncə, baş verənlər Vaşinqtonun Tiflisi bir qədər cəzalandırması idi. Rusiyaya yaxınlaşmasına görə Saakaşvilinin əli ilə Gürcüstan hakimiyyətinin müəyyən dərəcədə gözünü qorxutdular. Hazırda hökumət hər nə qədər Moskva ilə pişim-pişim siyasəti yürütsə də, Qərbə inteqrasiya siyasətindən imtina etməyib və Amerikanın təsirləri güclüdür. Saakaşvilinin Baydenə açıq məktubundan sonra gürcü iqtidarına təzyiqlər arta bilər, amma məhkəmə hökm oxuyacaq. Heç bir halda hakimiyyət ABŞ-dan gələn bəyanatlara əsasən onu azad etməz. Çünki yalan-doğru keçmiş prezidentə cinayət işi açılıb, ittiham olunur və məhkəmə qərar verməlidir. Məhkəmə hökmündən sonra müxalifət ölkəni qarışdıra bilsə, hadisələr cızığından kənara çıxsa, hökumət hansısa addımlar atmağa məcbur qalacaq. Ancaq ümumilikdə Saakaşvilini uzun müddət həbsdə saxlaya bilməyəcəklər”.
Ekspert güman edir ki, ABŞ Rusiyanı bölgədən sıxışdırmaq istəsə də, buna tam gücü çatmır:
“Amerikanın Cənubi Qafqazda sözünü eşidəcək və əmir qulu olacaq qüvvə yoxdur. Düzdür, Ermənistana və Gürcüstana təsirləri artıb, amma bölgədə nüfuzu əvəvlki deyil. Bunun bir səbəbi də vaxtilə olan rəngil inqilabların uğursuzluğu, Qərbə inamın sarsılmasınan irəli gəlir. Region ölkələri anlayırlar ki, uzaq Amerikadansa, yaxın Rusiya ilə dil tapmaq lazımdır, demokratiya vədləri populizmdən o yana keçmir və bununla qarın doymur”.
Oxşar Xəbərlər
Saakaşvilinin Baydenə yazdığı məktub yayıldı: "Bilirdim ki, türməyə düşəcəyəm.." - Mişa nə istəyib?
Saakaşvilinin həbsi Gürcüstana mənfi təsir göstərəcək”
AY Partiyadan Saakaşvilinin azad edilməsi ilə bağlı çağırış
Tiflisdə keçirilən mitinqdə Saakaşvilinin məktubu oxundu: Azadlığa çıxdıqdan sonra...
Xəbər lenti
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...