"Müharibənin ikinci mərhələsi qaçılmazdır" - NATO

NATO Baş katibinin müavini Mirça Coane Ukraynada müharibənin ikinci mərhələsinin qaçılmaz olduğunu bildirib.
Sozcu.info “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə “Digi-24” telekanalına müsahibəsində deyib.
“Biz tez bir zamanda müharibənin ikinci mərhələsinə daxil olacağımızı gözləyirik. Biz daha çətin, birinci mərhələdən xaraktercə fərqlənən, cənubda Krım və Mariupoldan tutmuş şərqdə Donbasa qədər daha geniş əraziləri əhatə edəcək mərhələyə qədəm qoyuruq”, - o, bildirib.
Coane qarşıdurmanın uzunmüddətli olmayacağına ümidini ifadə edərək belə ehtimalların az olduğunu, dinc sakinlər arasında ciddi itkilərin olacağını söyləyib.


Oxşar Xəbərlər

Xəbər lenti