8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanın paytaxtı Tbilisidə ötən axşamdan başlayan “Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı gecəni hökumət administrasiyasının binası qarşısında keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar səhər saatlarından etibarən səs-küylə, fitlə və zərb alətlərində çalmaqla hökumətin siyasətinə etirazlarını ifadə edirlər.
Bu gün hökumətin növbəti iclası keçirilməlidir. Administrasiya qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar ərazini tərk etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, aksiyanın əsas tələbi Baş nazir və hökumətin istefası, həmçinin milli razılıq hökumətinin yaradılmasıdır.