Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak olub - cinayət işi açıldı


Sozcu.info xəbər verir ki, Gürcüstan ordusunda xidmət edən azərbaycanlı həbçi, 2005-ci il təvəllüslü Yusif Nəsibov iyunun 8-də, odlu silahdan açılan atəş nəticəsində həlak olub. Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polisinin Müdafiə Qüvvələrində xidmət edən gəncin ölümü ilə bağlı ölkənin Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə (intihar) cinayət işi açılıb.

Hadisə zamanı Yusif Nəsibov postda olub. Güllə səsi eşidiləndən sonra onun nəşi aşkar edilib. İlkin məlumatda onun çənəsinə dəyən güllədən öldüyü bildirilir.

Yusif Nəsibov Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Qırıxlı kəndindəndir.

Hazırda məhkəmə tibbi ekspertizası hadisə ilə bağlı araşdırma aparır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}